• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi

  

Antalyada keçirilən Diplomatiya Forumunda parlament diplomatiyasının rolu müzakirə olundu – Azərbaycan deputatları da iştirak etdi

Tarix : 11-04-2025, 13:44 Kateqoriya :Siyasət

Türkiyənin Antalya şəhərində keçirilən IV Diplomatiya Forumu çərçivəsində bu gün keçirilən müzakirələrdən biri də münaqişələrin həllində parlament diplomatiyasının roluna həsr olunub.

Forumun moderatoru Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay olub.

Müzakirələrdə Azərbaycan deputatları da daxil olmaqla, bir sıra ölkələrin parlamentariləri, siyasətçiləri və ekspertləri iştirak ediblər.

Fuat Oktay açılış nitqində qeyd edib ki, artıq ənənəvi diplomatiya təkbaşına münaqişələrin həlli üçün yetərli deyil:

“Ona görə də biz bütün imkanlardan, o cümlədən parlament diplomatiyasından da istifadə etməliyik. Münaqişələrin, münasibətlərin, savaşların həlli üçün daha çox dialoq, əməkdaşlıq və anlaşma mühiti formalaşdırmaq vacibdir”.

Paneldə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları da bu mövzuda fikirlərini bölüşüblər.

Deputat Ramil Həsən və Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbər Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, xüsusilə Qərbi azərbaycanlıların tarixi torpaqlarından zorla köçürülməsi, bu prosesdə baş verən qətliamlar və sürgünlər barədə ətraflı məlumat veriblər.

Onlar çıxışlarında vurğulayıblar ki, bütün savaşların sonunda sülh və diplomatiya qaçılmaz olur:

“Bugünkü reallıq da onu göstərir ki, Ermənistan-Azərbaycan münasibətləri hazırda məhz danışıqlar və diplomatik proses mərhələsindədir. Bu isə bir daha göstərir ki, diplomatiyanın və parlamentlərarası dialoqun rolu son dərəcə önəmlidir.”

Deputat Əziz Ələkbər çıxışında Qərbi azərbaycanlıların məsələsinin tarixi, bugünkü mərhələsi və gələcəyi ilə bağlı fikirlərini də iştirakçılarla bölüşüb.

Səhər saatlarında verilən məlumata görə, Antalya Diplomatiya Forumu paralel olaraq müxtəlif zallarda debat və oturumlarla davam edir. Aprelin 11-dən 12-nə qədər davam edəcək bu forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Prezident İlham Əliyev artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və bu barədə rəsmi məlumatlar yayılıb.

Forumun gedişi ərzində Azərbaycan nümayəndə heyətinin də bir sıra görüşlər və çıxışları gözlənilir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • “Bu, Azərbaycanın sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq”

    “Bu, Azərbaycanın sülh təşəbbüslərinin ...

    11-04-2025, 11:10

  • Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN

    Azərbaycan Prezidenti “Euronews” televiziyasına ...

    14-03-2025, 19:03

  • İran üzərində “qara buludlar” sıxlaşır

    İran üzərində “qara buludlar” sıxlaşır ...

    8-04-2025, 15:30

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Ramil Bayramov – Tərtər rayonunun infrastrukturunun inkişafında lider

    Ramil Bayramov – Tərtər rayonunun ...

    11-03-2025, 01:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.