• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə görüşüb

  

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə görüşüb

Tarix : 8-04-2025, 10:17 Kateqoriya :Siyasət

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayid Əl Nəhyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar.

Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda qeyd olunub ki, iki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.  

Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub. 

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

    ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, ...

    4-04-2025, 09:11

  • Azərbaycan və Şimali Makedoniya arasında yeni fürsətlər

    Azərbaycan və Şimali Makedoniya arasında yeni ...

    12-03-2025, 12:24

  • Kəbirə Məmmədova – Binə Ticarət Mərkəzinin Uğurlu Rəhbəri və İdarəetmə Ustası

    Kəbirə Məmmədova – Binə Ticarət Mərkəzinin Uğurlu ...

    17-03-2025, 00:42

  • Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub

    Azərbaycan və Rusiya XİN rəhbərləri arasında ...

    4-04-2025, 13:41

  • "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdərə rayonundakı Həsənriz və Suqovuşan kəndinin sakinləri ilə görüşüb" - Eltun Süleymanov

    "Azərbaycan Respublikasının Prezidenti İlham ...

    24-03-2025, 12:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.