• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Cavid Məmmədov: Cənubi Qafqaz sülh zonasına çevrilir

  

Cavid Məmmədov: Cənubi Qafqaz sülh zonasına çevrilir

Tarix : 3-09-2026, 00:47 Kateqoriya :Siyasət

bmt-bu-qetnamelerin-icrasinda-hec-bir-rol-oynamayib

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yüksələn xətlə inkişafı bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfəri də bu tərkibdəndir. Səfər müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Qırğızıstan münasibətləri ilə yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolunu bir daha təsdiqlədi. Səfər çərçivəsində cənab İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər, aparılan müzakirələr də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin dinamikasını, regionda və beynəlxalq müstəvidə fəal diplomatik mövqeyini nümayiş etdirdi. Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri regional və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması və dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilməsidir ki, hazırda bu istiqamətdə ölkəmizin uğurları davamlılığı ilə diqqətdədir. Bu baxımdan Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri uğurla inkişaf edir. Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət, iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi, iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycanın Avrasiya məkanında əsas tranzit ölkəyə çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu onun ŞƏT üçün əhəmiyyətini daha da artırır. Təşkilatda dialoq tərəfdaşı statusuna sahib olan, yenidən formalaşan dünya nizamında yerini daha da möhkəmləndirən ölkəmiz üçün geniş imkanlar yaranır. Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə müzakirəyə çıxarılan “ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə” mövzusu özündə bütün məqamları, çağırışları ehtiva etdi”.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu şərtləndirən amilləri diqqətə çatdırıb: “Ölkəmiz hazırda dünyaya təqdim etdiyi sülh modeli ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Ermənistanla sülh yalnız kağız üzərində əldə edilməyib, sülh sazişi paraflandı və birgə bəyanat qəbul olundu. Artıq real həyatda sülh təmin edilib.

Azərbaycanın regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi davamlı töhfələr beynəlxalq səviyyədə dəstəklənir. Təbii ki, bu amil yeni əməkdaşlıq formatlarının yaradılmasına, iqtisadi inkişafa geniş imkanlar açır. Azərbaycan atdığı real addımları ilə əməkdaşlıq məkanı kimi qazandığı mövqeyi daha da möhkəmləndirir. Ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır. Bunu qlobal problemlərin həllində birliyə, həmrəyliyə çağırışları və onlara nail olmaq üçün göstərdiyi səyləri ilə nümayiş etdirir. Əlaqələrin inkişafında ölkəmizin coğrafi mövqeyi xüsusi önə çəkilir. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan ölkələri, xalqları birləşdirir. Qazanılan uğurlar ölkəmizin malik olduğu imkanlara, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir”.

Dövlətimizin başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından mühüm çağırışlarını səsləndirdi: “Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edərək Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına, Cənubi Qafqazda yaranan yeni reallıqlara və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət yönəltdi. Azərbaycanla Qırğızıstan arasında imzalanmış müttəfiqlik haqqında tarixi Müqavilənin iki ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırdığını vurğulayan Prezident İlham Əliyev Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini beynəlxalq ictimaiyyətin ölkənin siyasətinə verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirdi. Cənab İlham Əliyevin çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri təbii ki, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Cənubi Qafqazda baş verən dəyişikliklər oldu. Bildirdi ki, bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər”.

Dövlətimizin başçısı İlham Əliyevin dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycanın bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirməsi ölkəmizin qlobal gündəmdə öz mövqeyini fəal şəkildə müdafiə etmək niyyətini bir daha təsdiqlədi.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəbər arxivi

Sentyabr 2026 (23)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı