Fakt Sübut » Siyasət » Malik Mirzəyev: Xalqın Güvəndiyi Lider, Güclü Azərbaycanın Memarı
Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələri məhz Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun ən güclü dövlətlərindən birinə çevrilib, beynəlxalq arenada nüfuzu əhəmiyyətli dərəcədə artıb. Uzaqgörən siyasi baxışı, milli maraqlara əsaslanan qətiyyətli mövqeyi və xalqına bağlılığı İlham Əliyevi Azərbaycan xalqının böyük əksəriyyətinin etimad göstərdiyi liderə çevirib. Bu gün ölkənin əldə etdiyi uğurların əsasında məhz düşünülmüş və ardıcıl dövlət siyasəti dayanır.
Prezident İlham Əliyevin fəaliyyətində xalq amili hər zaman xüsusi yer tutub. Ölkənin bütün bölgələrinə mütəmadi səfərlər etməsi, vətəndaşların problemləri ilə yaxından maraqlanması və onların rifahının yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul etməsi insanların dövlətə olan inamını daha da gücləndirib. Xalqla hakimiyyət arasında formalaşan səmimi münasibət dövlətin dayanıqlı inkişafının əsas sütunlarından biri hesab olunur. Məhz buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə böyük sevgi və hörmətlə yanaşırlar.
İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas məqsədi güclü dövlət və yüksək sosial rifahın təmin edilməsidir. Son illər ərzində ölkənin şəhər və rayonlarında genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, yeni yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər istifadəyə verilib. Regionların inkişafına göstərilən diqqət nəticəsində ölkənin hər bir guşəsində insanların həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu siyasət Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin xarici siyasəti də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. Dövlət başçısının prinsipial və qətiyyətli mövqeyi sayəsində Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınıb. Bir çox beynəlxalq layihələrin həyata keçirilməsində ölkəmizin iştirak etməsi, enerji təhlükəsizliyinə verdiyi töhfələr və müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallıq Azərbaycanın nüfuzunu daha da artırıb. Bu gün Azərbaycan öz sözünü deyən və mövqeyi ilə hesablaşılan dövlətlər sırasındadır.
Azərbaycan xalqının ən böyük arzularından biri olan Qarabağın işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında reallığa çevrildi. Dövlət başçısının siyasi iradəsi, qətiyyəti və milli maraqlara söykənən fəaliyyəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi zəfər təkcə hərbi uğur deyil, eyni zamanda milli birliyin, xalq-prezident həmrəyliyinin və güclü dövlət idarəçiliyinin təntənəsi kimi tarixə yazıldı.
Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən geniş quruculuq işləri Azərbaycanın inkişaf modelinin növbəti parlaq nümunəsidir. Uzun illər viran qoyulmuş şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər mühüm infrastruktur obyektləri inşa edilir. Qarabağ artıq yenidən həyatın qayıtdığı, inkişafın və tərəqqinin hökm sürdüyü bir məkana çevrilməkdədir.
Ən sevindirici məqamlardan biri isə doğma yurdlarından didərgin düşmüş insanların mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıtmasıdır. İllərlə həsrətində olduqları torpaqlara dönən sakinlər artıq yeni tikilmiş evlərdə yaşayır, normal həyatlarını bərpa edir və gələcəklərini doğma Qarabağda qururlar. Bu mənzərə hər bir azərbaycanlının qürur mənbəyidir və dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı da xüsusi qeyd olunmalıdır. Dövlət tərəfindən həyata keçirilən sosial proqramlar nəticəsində minlərlə şəhid ailəsi və müharibə iştirakçısı mənzil, avtomobil və müxtəlif sosial dəstək tədbirləri ilə təmin olunub. Onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl addımlar atılır. Bu yanaşma dövlətin öz qəhrəmanlarına verdiyi yüksək qiymətin göstəricisidir.
Ölkədə həyata keçirilən sosial siyasət və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər də geniş ictimai rəğbətlə qarşılanır. Sosial müdafiə tədbirlərinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafına verilən dəstək və regionların iqtisadi potensialının artırılması insanların həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir. Azərbaycan bu gün sosial sabitliyin və iqtisadi inkişafın harmonik şəkildə təmin olunduğu ölkələrdən biri kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək gələcəyə inamla addımlayır. Xalqın etimadını qazanan, milli maraqları hər şeydən üstün tutan və ölkənin inkişafını əsas məqsəd kimi müəyyən edən dövlət başçısının fəaliyyəti Azərbaycanın uğur salnaməsinin mühüm hissəsidir. Güclü dövlət, qalib xalq və sürətlə inkişaf edən Azərbaycan bu siyasətin nəticəsi kimi hər gün yeni nailiyyətlərə imza atır və öz gələcəyini daha möhkəm təməllər üzərində qurur.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
27-08-2025, 23:56
29-08-2025, 10:02
12-05-2025, 12:26
19-03-2025, 09:00