• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Rafael Babayev: Müstəqillik Günü: xalqımızın milli birlik və dövlətçilik ənənələrinin təcəssümü

  

Rafael Babayev: Müstəqillik Günü: xalqımızın milli birlik və dövlətçilik ənənələrinin təcəssümü

Tarix : Dünən, 23:43 Kateqoriya :Siyasət

here-deyir-ki-men-qalibem


28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində milli iradənin, azadlıq düşüncəsinin və dövlətçilik ənənələrinin təntənəsidir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşərək xalqımızın müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz taleyinin sahibi olduğunu bəyan etdi. Bu tarixi sənədlə demokratik idarəçilik, insan hüquqları və milli suverenlik prinsiplərinin əsası qoyuldu. Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verilməsi, parlamentli idarəçilik modelinin tətbiqi, vətəndaş bərabərliyinin təmin olunması Cümhuriyyətin nə qədər mütərəqqi dövlət olduğunu göstərirdi.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli parlament və hökumət yaradıldı, dövlət atributları təsis edildi, milli ordu formalaşdırıldı, Azərbaycan vətəndaşlığı institutu yaradıldı. Həmin dövrdə qəbul olunan qanunlar milli müstəqilliyin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi inkişafın təmin olunmasına xidmət edirdi.

1918-ci ildə məktəblərin milliləşdirilməsi haqqında qərarın qəbul olunması ana dilində təhsilin inkişafına təkan verdi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm tarixi hadisə oldu. Eyni zamanda, ədliyyə və məhkəmə sisteminin təşkili hüquqi dövlət quruculuğunun əsasını təşkil edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti Azərbaycanın müstəqil dövlət kimi tanınması istiqamətində mühüm diplomatik fəaliyyət həyata keçirdi. Məhz bu beynəlxalq tanınma Azərbaycanın sonrakı dövrlərdə də beynəlxalq hüququn subyekti kimi mövcudluğunu qoruyub saxlamasına imkan verdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu yüksək qiymətləndirərək deyirdi: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın milli azadlıq və müstəqillik duyğuları ilə yaşaması ilə bağlı idi”. Ümummilli Liderin siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində Azərbaycan XX əsrin sonlarında bərpa etdiyi müstəqilliyini qoruyub saxlaya bildi. Məhz Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələri möhkəmləndirildi, ictimai-siyasi sabitlik təmin edildi və müasir müstəqil Azərbaycanın inkişafının əsası qoyuldu.

1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın rəsmi dövlət bayrağı kimi qəbul olunması xalqın azadlıq iradəsinin parlaq təzahürü idi. Bu addım Azərbaycanın müstəqilliyə aparan yolunda mühüm siyasi hadisə kimi tarixə yazıldı.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Bununla da 1918-ci ildə əsası qoyulmuş dövlətçilik ənənələrinin davamlılığı hüquqi müstəvidə bir daha təsdiq olundu.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 30 illik işğala son qoydu, ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanır. 

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

2021-ci ildə qəbul edilən “Müstəqillik günü haqqında” Qanuna əsasən 28 May tarixi rəsmi olaraq Müstəqillik Günü elan edildi. Bu qərar müasir Azərbaycanın məhz 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olduğunu bir daha təsdiqlədi.

Cənab Prezidentin də söylədiyi kimi, “bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.”  Təsadüfi deyil ki, fövqəl dövlətlər Azərbaycanla strateji tərəfdaşlığı gələcək illərdə və onilliklərdə daha da möhkəmləndirmək niyyətini bəyan edirlər.

Müzəffər Azərbaycan xalqı 28 Mayı böyük qürur və ehtiramla qeyd edir. Çünki Müstəqillik Günü xalqımızın azadlıq arzularının, milli birlik və dövlətçilik ənənələrinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları bu gün müasir, güclü və qalib Azərbaycanda yaşayır.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi müasir dövlətçilik ənənələrinin təməlini təşkil edir”

    Səttar Möhbalıyev: “Azərbaycan Xalq ...

    27-05-2025, 10:41

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (154)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.