• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Hüseyn Əliyev: Kənd təsərrüfatının inkişafı prioritetdir

  

Hüseyn Əliyev: Kənd təsərrüfatının inkişafı prioritetdir

Tarix : Dünən, 23:41 Kateqoriya :Siyasət

prezidenti-onlar-da-tebrik-etdiler


Ölkəmizin iqtisadi inkişafında qeyri-neft sektoru mühüm rol oynayır. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi bu gün həm dayanıqlı inkişafın təmin edilməsində, həm də beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında özünün aydın ifadəsini tapır. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu inkişafın əsasıdır. Hazırda bunu işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində aydın görürük. Son beş ildən artıq dövrdə bu ərazilərdə görülən işlərin xronologiyasına diqqət yetirsək hərtərəfli inkişafın təmin edilməsində kompleks tədbirlərin həyata keçirilməsinin önəmi özünü aydın şəkildə nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin  müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsini şərtləndirir. 2003-cü ildən Prezident İlham Əliyevin enerji sektorundan asılılığın minimum endirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə bütün bu məqamların təqdimatı oldu. Prezident İlham Əliyevin Sərəncamları ilə təsfiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası Azərbaycanın bugünkü reallıqraında öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu Proqramların icrasının yol açdığı uğurlardan geniş bəhs etdi. Bildirdi ki, hələ ilk dəfə Prezident seçiləndən sonra 2004-cü ildə təşəbbüslərindən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.

2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həlli ilə diqqətdə oldu. Ondan sonra üç Dövlət Proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionların sosial-iqtisadi inkişafı sürətləndirildi, məşğulluq problemləri həll olunmağa başladı, böyük infrastruktur layihələri icra edildi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə  qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat  tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.

Regionlarda müasir çağırışları özündə ehtiva edən infrastruktir layihələrinin uğurlu icrası kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının inkişafında digər mühüm amili-subsidiyaların verilməsini önə çəkərək bildirdi ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Müxtəlif güzəştlər verilir. Bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr  kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır. Ənənəvi kənd təsərrüfatı sahələrindən olan pambıqçılıq və baramaçılıq sahələrinin inkişafı ilə bağlı dövlət başçısı qeyd etdi ki, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Məhsuldarlıq çox aşağı səviyyədə idi. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində  baramaçılıq  da bərpa edildi.  Bununla bağlı olan ipəkçilik inkişaf etməyə başladı. Bir çox istiqamətlər üzrə nəzərdə tutulan vəzifələr icra edildi.

Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin təminatına və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Tarixi Zəfərimizin yeni reallıqları əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu çağırışı etdi ki, elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla icra edilib.

Kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı qarşıya qoyulan yeni hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin  25 may  2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın  ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədinə xidmət edir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu sahə strateji prioritet elan edildi. Kənd təsərrüfatının inkişafını şərtləndirən amillər diqqətə çatdırıldı. Bir daha təsdiqləndi ki, həyata keçirilən iqtisadi siyasət ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionlarda məşğulluğun təmin edilməsinə, hazırkı mərhələdə Qarabağ və Şərqi Zəngəzurda innovativ layihələrin həyata keçirilməsinə xidmət edir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Eldar Quliyev: “Bu gün beynəlxalq münasibətlər sistemində etimad ən böyük siyasi kapitaldır və Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət məhz bu kapitalı formalaşdırıb”

    Eldar Quliyev: “Bu gün beynəlxalq münasibətlər ...

    26-05-2026, 09:30

  • Cəlal Abdulov: Heydər Əliyev irsi - müstəqil dövlət quruculuğundan tarixi Zəfərə

    Cəlal Abdulov: Heydər Əliyev irsi - müstəqil ...

    12-05-2026, 23:59

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (154)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.