• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Ruslan müəllim: Azərbaycan qlobal urbanizasiya gündəliyində fəal rol oynayır

  

Ruslan müəllim: Azərbaycan qlobal urbanizasiya gündəliyində fəal rol oynayır

Tarix : 22-05-2026, 23:01 Kateqoriya :Siyasət

esas-sermayelerimiz-yasayis-sahelerinin-tikintisine-yoneldilib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) həm beynəlxalq urbanizasiya məsələlərinin müzakirə olunduğu platforma, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelini nümayiş etdirir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin qədim memarlıq irsini, müasir şəhərsalma siyasətini, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi barədə forum iştirakçılarını məlumatlandırdı.
Dövlət başçımız Bakının artıq mühüm qlobal tədbirlərin keçirildiyi beynəlxalq mərkəzə çevrildiyini vurğulayaraq qeyd etdi ki, forumda “182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı” var. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və Bakının qlobal dialoq platforması kimi mövqeyinin güclənməsinin göstəricisidir.
Təsadüfi deyil ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da qeyd etdi ki, bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməmişdir.
Azərbaycanın tarixlə müasirliyin vəhdətini qorumaq siyasətinə də diqqət çəkən cənab Prezident bildirdi ki, “Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur”. Bu fikir əslində Azərbaycanın inkişaf modelinin əsas fəlsəfəsini əks etdirir. Son illərdə Bakıda həyata keçirilən genişmiqyaslı abadlıq və şəhərsalma layihələri göstərir ki, müasir urbanizasiya milli kimliyin və tarixi irsin qorunması ilə paralel şəkildə aparılır.
Azərbaycan üçün şəhərsalma həm də tarixi yaddaşın qorunmasıdır. Bu yanaşma müasir dövrdə urbanizasiya siyasətinin əsas çağırışlarından biridir. Çünki sürətli şəhərləşmə prosesi bəzi ölkələrdə tarixi irsin məhv olması ilə nəticələnir. Azərbaycan isə fərqli yol seçərək inkişafla milli-mədəni dəyərlərin qorunmasını paralel şəkildə həyata keçirir.
Dövlət başçısı, eyni zamanda  Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesinə diqqət çəkdi.  Bildirdi ki, işğal dövründə Ağdam tamamilə məhv edilmişdi və beynəlxalq müşahidəçilər onu “Qafqazın Xirosiması” adlandırırdılar. Bu, Ermənistanın işğal siyasətinin mahiyyətini və dağıntının miqyasını bütün dünyaya bir daha nümayiş etdirdi.
Eyni zamanda, Prezidentin səsləndirdiyi rəqəmlər Azərbaycanın həyata keçirdiyi  quruculuq prosesi barədə reallıqların təqdimatı idi. Beş il ərzində 70 kilometr tunelin, yüzlərlə körpünün, hava limanları, məktəblər və yaşayış məntəqələrinin tikilməsi güclü siyasi iradənin nəticəsidir.
Azərbaycan öz tarixini qoruyaraq müasir dövlət qurur, işğaldan azad olunmuş əraziləri yenidən dirçəldir, dayanıqlı şəhərsalma modelini inkişaf etdirir və qlobal urbanizasiya gündəliyində fəal rol oynayır. Bakıdan dünyaya verilən bu mesaj inkişafın, milli kimliyin və humanitar yanaşmanın göstəricisidir. Bakı forumu adekvat mənzilin hər kəs üçün əlçatanlığına ümidləri artırır.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • WUF13 Azərbaycanda keçirilən növbəti ən mühüm qlobal platformadır

    WUF13 Azərbaycanda keçirilən növbəti ən mühüm ...

    21-05-2026, 11:14

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Pünhan Piriyev: Bakıdan Dünyaya Yeni Şəhərsalma Mesajı – Azərbaycan Qlobal Forumların Etibarlı Ünvanına Çevrilib

    Pünhan Piriyev: Bakıdan Dünyaya Yeni Şəhərsalma ...

    19-05-2026, 22:05

  • Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

    Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli ...

    18-12-2025, 09:21



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.