• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Firudin müəllim: Zərifə xanım Əliyeva - gözlərə işıq, ürəklərə sevinc bəxş edən alim

  

Firudin müəllim: Zərifə xanım Əliyeva - gözlərə işıq, ürəklərə sevinc bəxş edən alim

Tarix : 13-04-2026, 22:23 Kateqoriya :Siyasət


Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım Əliyevanın ömür yolu hər bir soydaşımız üçün əsl nəcabət, fədakarlıq və ziyalılıq məktəbidir. Onun simasında biz təkcə dünyanı ağuşuna alan qaranlığa qarşı mübarizə aparan böyük bir alimi deyil, həm də xalqımızın minilliklərdən süzülüb gələn ana müqəddəsliyini, xanım zərifliyini və vəfalı ömür-gün yoldaşı obrazını görürük.

Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya səviyyəsinə qaldıran nadir şəxsiyyətlərdəndir. Onun hələ ötən əsrin ortalarında traxoma kimi ağır göz xəstəliklərinə qarşı apardığı mübarizə, sənaye müəssisələrində çalışan insanların görmə qabiliyyətinin qorunması üçün irəli sürdüyü elmi yeniliklər bu gün də aktuallığını qoruyur. Akademik M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın alim olması, onun zəkasının və əməyinin beynəlxalq miqyasda etirafı idi. Lakin Zərifə xanım üçün ən böyük mükafat hər zaman sağaltdığı insanların gözlərindəki işıq və onlara bəxş etdiyi sevinc olub.

Zərifə xanımın şəxsiyyətindəki ən mühüm cəhətlərdən biri onun böyük bir ailənin – dövlətçiliyimizin banisi Heydər Əliyev ocağının mənəvi sütunu olması idi. O, ölkənin birinci xanımı, nüfuzlu bir alim olmasına baxmayaraq, hər zaman sadəliyi, təvazökarlığı və xeyirxahlığı ilə seçilirdi. Ulu Öndərin ən çətin məqamlarda mənəvi dayağı olan Zərifə xanım, ailə daxilində elə bir mühit yaratmışdı ki, bu gün həmin tərbiyənin bəhrələri Prezident İlham Əliyevin şəxsində bütün Azərbaycanın uğurlarına çevrilir. Azərbaycan ailə modelinin əsas simalarından olan Heydər Əliyevin ailəsinin ideal sayılmasında Zərifə xanımın xüsusi əməyi olmuşdur. O, valideynlərindən götürdüyü bütün yüksək milli-mənəvi keyfiyyətləri sonradan Heydər Əliyevlə qurduğu ailəsində də tətbiq etməyə başlamışdı. Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən böyük məsuliyyəti Ümummilli Lider Heydər Əliyev ilə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşımışdı. Yaşadıqları o xoşbəxt illərdə Heydər Əliyev həmişə gərgin iş rejimi ilə gecə-gündüz bilmədən işləmiş, xalqının gələcəyi yolunda ömrünü şam kimi əritmişdi. Ən ağır, ən təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını tək qoymamış, onun dayağına çevrilmişdi. Dahi şəxsiyyət Heydər Əliyev öz xanımı haqqında çox haqlı olaraq demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailəmin çox böyük rolu olub...Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Akademik Zərifə Əliyeva cəmi 62 il yaşasa da, arxasında əsrlərə sığacaq bir irs qoyub getdi. Onun adı bu gün müasir tibb mərkəzlərində, elmi ocaqlarda və ən əsası xalqın yaddaşında yaşayır. Artıq uzun illərdir ki, tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insanı xatırlayanda dərin hörmət və ehtiram hissi keçiririk. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, adına küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. onun adının əbədiləşdirilməsinin layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Səttar Möhbalıyev: "Görkəmli alim, qayğıkeş ana olan Zərifə Əliyeva xalqımız tərəfindən hər zaman ehtiramla yad olunur"

    Səttar Möhbalıyev: "Görkəmli alim, qayğıkeş ...

    14-04-2025, 12:35

  • Elməddin Cəfərov: Zəfər Gününün Qüruru - Azərbaycan İradesinin, Məhəbbətinin və Qələbəsinin Simvolu

    Elməddin Cəfərov: Zəfər Gününün Qüruru - ...

    6-11-2025, 01:44



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (74)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.