• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Rafiq Zülfiqarov: Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir

  

Rafiq Zülfiqarov: Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verir

Tarix : 18-02-2026, 22:20 Kateqoriya :Siyasət

azerbaycan-xalqi-qarsisinda-soylemek-isteyirem-ki


Fevralın 15-də Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin mahiyyətini və dinamikasını bir daha ön plana çıxardı.

Prezident çıxışında iki ölkə arasındakı əlaqələrin təsadüfi və ya qısa müddətli olmadığını xüsusi vurğulayaraq qeyd etdi ki, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var Bu fikir diplomatik münasibətlərin formal çərçivədən kənara çıxaraq davamlı siyasi dialoq və qarşılıqlı etimada söykəndiyini göstərir.

Dövlət başçısı “Biz bir-birimizi yaxından tanıyırıq” ifadəsi ilə münasibətlərin yalnız rəsmi protokol səviyyəsində deyil, həm də qarşılıqlı anlayış və sabit əməkdaşlıq müstəvisində inkişaf etdiyini diqqətə çatdırdı. Bu yanaşma beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlığın əsas elementlərindən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan–Serbiya münasibətləri qarşılıqlı hörmət, etimad və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində inkişaf edir. Bu əlaqələr regionlararası əməkdaşlıq, iqtisadi tərəfdaşlıq və siyasi dialoq baxımından mühüm perspektivlər vəd edir.

Prezident İlham Əliyevin dediyi kimi: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.

Prezident İlham Əliyevin Belqrad səfərində energetika, investisiyalar, bərpa olunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri dərindən müzakirə olundu, geniş fikir mübadiləsi aparıldı. Bu tarixi görüşün məhz Serbiyanın milli bayramı – Dövlətçilik Günündə keçirilməsi isə, sözsüz ki, bu ölkənin Azərbaycan dövlətinə, onun liderinə göstərdiyi dost münasibətdən, qarşılıqlı hörmət və etibardan irəli gəlir. Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün Sizin milli bayramınızdır, Dövlətçilik Bayramıdır. Buna baxmayaraq, Siz Azərbaycan nümayəndə heyətini qəbul edirsiniz. Biz bunu yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk. Serbiya və Azərbaycan – iki dost ölkə daim bir-birinin yanındadır”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Rafiq Zülfiqarov: Zəfərin Səsi - Azərbaycanın Qürur Gününə Həsr Olunmuş Məqalə

    Rafiq Zülfiqarov: Zəfərin Səsi - Azərbaycanın ...

    6-11-2025, 01:35

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.