• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Elburus Bəkdəmirov: Etibarlı və sabit enerji tərəfdaşı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır

  

Elburus Bəkdəmirov: Etibarlı və sabit enerji tərəfdaşı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır

Tarix : 18-02-2026, 00:35 Kateqoriya :Siyasət


Azərbaycanla Serbiya arasında münasibətlər son illərdə siyasi, iqtisadi və enerji sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezidentin bu ölkəyə səfəri, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası ikitərəfli münasibətlərdə dönüş nöqtəsi hesab oluna bilər. Toplantının Serbiyanın Dövlətçilik Gününə təsadüf etməsi bu baxımdan rəmzi xarakter daşıyır.

Cənab Prezidentin də söylədiyi kimi, “Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə maksimum dərəcədə çataq”.

Ümumiyyətlə, Azərbaycan–Serbiya münasibətləri son illərdə təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş geosiyasi məkanda – Cənubi Qafqaz və Balkanlar arasında yeni körpü modelinin formalaşması kontekstində diqqət çəkir. Bu əlaqələr iki region arasında siyasi dialoq, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından yeni mərhələnin əsas elementlərindən biri kimi dəyərləndirilə bilər.

Cənubi Qafqaz və Balkanlar tarixən mürəkkəb siyasi proseslərin, etnik və ərazi münaqişələrinin yaşandığı region olub. Hər iki regionda dövlət suverenliyi və ərazi bütövlüyü məsələləri xarici siyasətin prioritet istiqamətlərindəndir. Məhz bu oxşar geosiyasi təcrübə Bakı ilə Belqrad arasında qarşılıqlı dəstəyi gücləndirir.

Səfərin əsas istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və alternativ mənbələrin şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Serbiya üçün də etibarlı və sabit enerji tərəfdaşı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər resurslarının Avropa bazarına çıxışı regionlararası inteqrasiyanın real iqtisadi bünövrəsinə çevrilib.

Serbiya üçün alternativ mənbələrə çıxış ilk növbədə iqtisadi sabitlik deməkdir. Bu mənada Azərbaycan–Serbiya əməkdaşlığı Cənubi Qafqaz–Balkanlar arasında enerji körpüsünün formalaşması kimi qiymətləndirilə bilər. Bu əlaqələr enerji təhlükəsizliyi, nəqliyyat-logistika inteqrasiyası baxımından regionlararası əməkdaşlığın praktik modelini təqdim edir.

Beləliklə, Bakı ilə Belqrad arasında inkişaf edən strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibət deyil, həm də Cənubi Qafqaz–Balkan xəttində sabitlik, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq üçün yeni platforma kimi çıxış edir. Bu kontekstdə hər iki ölkənin gələcək üçün birgə açıq planları var. Prezident İlham Əliyev də qeyd etdi ki, “Məqsəd həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Sabit Səmədov: Azərbaycan və Serbiya strateji tərəfdaşlığı gücləndirir

    Sabit Səmədov: Azərbaycan və Serbiya strateji ...

    18-02-2026, 00:34

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Səttar Möhbalıyev: "Azərbaycan–Serbiya tərəfdaşlığı yeni geosiyasi mərhələyə qətiyyətlə daxil oldu"

    Səttar Möhbalıyev: "Azərbaycan–Serbiya ...

    16-02-2026, 16:01



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.