• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Ramil müəllim: Uzaqgörən siyasət, real nəticələr

  

Ramil müəllim: Uzaqgörən siyasət, real nəticələr

Tarix : 23-01-2026, 22:39 Kateqoriya :Siyasət

İlham Əliyev: Azərbaycanda ikinci mühüm neft bumu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var

Müasir beynəlxalq münasibətlər sistemində sözün çəkisi azalmayıb, əksinə, doğru zamanda deyilən söz dövlətlərin gələcək trayektoriyasını müəyyən edir. Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də məhz bu baxımdan diqqət mərkəzindədir. Bu çıxış qlobal xaos şəraitində Azərbaycanın siyasi düşüncəsini, davranış modelini və strateji prioritetlərini açıq şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi əsas tezislərdən biri beynəlxalq hüququn faktiki olaraq selektiv alətə çevrilməsi ilə bağlı idi. Dövlət başçısı reallığı gizlətmədən ifadə etdi: “Artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmür.” Bu fikir diplomatik ritorikadan daha çox, qlobal sistemin diaqnozudur. Güc mərkəzlərinin maraqları ilə hüququn prinsipləri arasında yaranmış uçurum bu gün bir çox regionda münaqişələrin əsas səbəbinə çevrilib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, belə bir şəraitdə hər bir dövlət öz siyasətini real potensialına uyğun qurmalıdır: “Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır.” Azərbaycan məhz bu prinsipə söykənərək həm suverenliyini, həm də milli maraqlarını qorumağı bacarıb. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu proses beynəlxalq hüquq çərçivəsindən kənara çıxmadan baş verib. Cənab Prezident İlham Əliyev bunu açıq şəkildə bəyan etdi: “Gördüyümüz hər bir iş beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi.” Bu mövqe Azərbaycanın yalnız qalib dövlət deyil, həm də məsuliyyətli aktor olduğunu göstərir. Suverenliyin və ərazi bütövlüyünün bərpası beynəlxalq sistemin öz prinsiplərinə uyğun şəkildə reallaşıb və bu fakt artıq dünya miqyasında qəbul olunur.

Müsahibənin mühüm hissəsi Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara həsr olundu. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də təsadüfi deyil. Bu mükafat regionda sülhün bərqərar olunmasına verilən beynəlxalq qiymətdir: “Mən bu qərarı Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.” Dövlət başçısının sözlərinə görə, Azərbaycan tarixində ilk dəfə olaraq uzunmüddətli sülh şəraitinə daxil olur. Ermənistanla münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi təkcə siyasi bəyanat deyil, real addımlarla müşayiət olunur: “Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq.” Bu fakt regionda düşmənçilik dövrünün başa çatdığını və qarşılıqlı maraqlara əsaslanan yeni mərhələnin başladığını göstərir.

Prezident İlham Əliyev müsahibədə regional təhlükəsizlik məsələlərinə də toxundu. Müharibənin ağır nəticələrini yaşamış ölkə kimi Azərbaycan sülhün alternativsiz olduğunu açıq şəkildə bəyan edir. Davos müsahibəsində Azərbaycanın enerji siyasəti də geniş şəkildə şərh olundu. Prezident İlham Əliyev konkret faktlarla Azərbaycanın qlobal enerji xəritəsindəki yerini göstərdi: “Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür.” Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı və uzunmüddətli tərəfdaş olduğunu sübut edir. Müasir infrastruktur, sabit təchizat və etibarlı siyasi kurs Azərbaycanı enerji sahəsində alternativsiz aktorlardan birinə çevirib.

Prezident İlham Əliyevin Avropa Parlamentinin tənqidlərinə münasibəti xüsusi diqqət çəkdi. Dövlət başçısının “Biz artıq buna reaksiya vermirik” ifadəsi diplomatik dillə desək, qəti və prinsipial mövqedir: “Bu, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının fəaliyyətinin nəticəsidir.” Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirməsi, lakin qərəzli mövqelərlə çıxış edən strukturlarla məsafə saxlaması siyasi ləyaqətin ifadəsidir.

Dövlətimizin başçısının Davosdan verdiyi müsahibə bir daha təsdiqlədi ki, qlobal qeyri-müəyyənlik dövründə Azərbaycanın siyasi xətti sabit və ardıcıldır. Bu xətt milli maraqlara, beynəlxalq hüquqa, sülhə və əməkdaşlığa əsaslanır. Davosdan səslənən bu mesajlar göstərir ki, Azərbaycan yeni dünya nizamında hadisələrin müşahidəçisi deyil, proseslərin fəal iştirakçısıdır. Və bu iştirakçılıq regiona sülh, dünyaya isə etibarlı tərəfdaş qazandırır.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Ramil Bayramov: Yol İnkişafında Peşəkarlığın və Vətəndaşlığa Sadiqliyin Nümunəsi

    Ramil Bayramov: Yol İnkişafında Peşəkarlığın və ...

    24-11-2025, 23:23

  • Ramil Bayramov: Dövlətə Sadiqlik, Vətənə Fədakarlıq, İnsanlara Dəstək

    Ramil Bayramov: Dövlətə Sadiqlik, Vətənə ...

    22-12-2025, 00:00

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.