• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Mehi Həsənov: Qalib Azərbaycanın inkişaf perspektivləri

  

Mehi Həsənov: Qalib Azərbaycanın inkişaf perspektivləri

Tarix : 8-01-2026, 23:30 Kateqoriya :Siyasət

Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr illərdir ki, ölkənin ictimai-siyasi gündəminin formalaşmasında mühüm rol oynayır. Yanvarın 5-də baş tutan növbəti müsahibə də bu baxımdan xüsusi əhəmiyyət daşıyaraq ötən ilin nəticələrinə və qarşıdakı mərhələnin əsas istiqamətlərinə aydınlıq gətirdi. Dövlət başçısı çıxışında 2025-ci ilin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, məhz bu il Ermənistan–Azərbaycan qarşıdurmasının siyasi baxımdan yekunlaşdığını və ölkənin artıq sülh mərhələsinə daxil olduğunu bildirdi. Bu reallıq uzun illər müharibə şəraitində yaşamış Azərbaycan üçün yeni inkişaf imkanları yaradan mühüm mərhələ kimi dəyərləndirilir.

Prezident İlham Əliyev müsahibəsində sülh anlayışının mahiyyətinə də toxundu. Bildirdi ki, sülh sadəcə silahlı toqquşmaların bitməsi deyil, təhlükəsizlik, sabitlik və gələcəyə inam deməkdir. Azərbaycan cəmiyyəti artıq bu yeni şəraitin müsbət nəticələrini hiss edir. Cəmiyyətdə xoş əhvali-ruhiyyə, sabitliyə inamın artması və inkişaf perspektivləri ölkənin qarşısında duran vəzifələrin daha inamla həyata keçirilməsinə imkan yaradır. Döyüş meydanında qazanılmış Qələbənin beynəlxalq siyasi müstəvidə təsdiqlənməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi dəyərləndirilir.

Müsahibədə Azərbaycanın diplomatik uğurları da xüsusi vurğulandı. Xüsusilə ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılması mühüm tarixi nailiyyət kimi qeyd olundu. Prezident İlham Əliyev bu düzəlişin mahiyyət etibarilə Azərbaycana qarşı ədalətsiz qərar olduğunu diqqətə çatdırdı. Həmin dövrdə torpaqlarımız işğal altında olduğu halda, ölkəmizə qarşı “blokada” iddiası ilə sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa zidd idi. Müsahibədə açıq şəkildə bildirildi ki, bu qərarın qəbulunda erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin təsiri həlledici rol oynamışdı.

Dövlət başçısı Azərbaycanın müstəqil və prinsipial xarici siyasət kursunun nəticəsi olaraq beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini də qeyd etdi. Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisi kimi dəyərləndirildi. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə bu səviyyədə inteqrasiyası aparılan siyasətin uğurunu nümayiş etdirir və regionda yeni geosiyasi balans yaradır.

Prezident İlham Əliyev müsahibəsində iqtisadi məsələlərə də geniş yer ayırdı. Ölkənin iqtisadi müstəqilliyi, xarici borcun azaldılması və dayanıqlı inkişaf modelinin qurulması əsas prioritetlər kimi göstərildi. Qaz ixracı sahəsində əldə edilən nəticələr Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynadığını sübut edir. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə dünyanın ən çox ölkəsini qazla təmin edən dövlətlərdən biridir və bu göstəricilər hər il artmaqdadır.

Müsahibənin əsas mesajlarından biri də Böyük Qayıdış Proqramının uğurla icra olunması idi. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin mərhələli şəkildə həyata keçirildiyini vurğuladı. Artıq on minlərlə insan azad edilmiş ərazilərdə yaşayır və işləyir. İnfrastruktur layihələrinin genişlənməsi ilə bu sayın daha da artacağı gözlənilir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Mehi Həsənov: Zəfər Gününün Şanlı Tarixi - Azərbaycan Milli Qüruru və Dövlətimizin Gücü

    Mehi Həsənov: Zəfər Gününün Şanlı Tarixi - ...

    6-11-2025, 01:48

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (90)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.