• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Qəzənfər Niftəliyev: Mənəvi irsi sadiqlik, gələcəyə aydın siyasi baxış: üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanır

  

Qəzənfər Niftəliyev: Mənəvi irsi sadiqlik, gələcəyə aydın siyasi baxış: üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanır

Tarix : 9-11-2025, 23:33 Kateqoriya :Siyasət

9 Noyabr – Dövlət Bayrağı Günü müasir dövlətçiliyimizin simvolik əsaslarını xatırladır, milli qürur hissini dərinləşdirir və vətəndaşların dövlət atributlarına bağlılığını gücləndirir. Bu əlamətdar gün bütöv bir ideyanın – milli azadlıq və suverenlik ideyasının təcəssümüdür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis edilməsi, həmçinin onun qeyri-iş günü elan olunması dövlət atributlarının rolunu rəsmi səviyyədə gücləndirib. Bu qərar dövlətlə vətəndaşlar arasında mənəvi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib.

Üçrəngli bayrağın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövrü - 1918-ci il noyabrın 9-u ilə bağlıdır. O dövrdə qəbul edilən bayraq yeni yaranmış müstəqil dövlətin milli ideologiyasını, siyasi məqsədlərini və tarixi kimliyini ifadə edirdi. Bayraq 1920-ci ilin aprel ayına qədər Cümhuriyyətin rəsmi rəmzi kimi dalğalandı və xalqın yaddaşında müstəqillik arzularının simvoluna çevrildi. Sovet dövründə bu bayraq qadağan olunsa da, xalqın yaddaşından silinmədi, milli ruhda yaşayan azərbaycanlılar üçün ümidin, azadlığın və dirçəlişin nişanəsi olaraq qaldı.

Bayrağımızın mavi, qırmızı və yaşıl rənglərinin hər biri dərin fəlsəfi və ideoloji məna daşıyır. Mavi rəng türklüyümüzün, etnik kimliyimizin və tarixi köklərimizin ifadəsidir. Qırmızı rəng müasirlik, azadlıq və demokratik inkişaf yolunu simvollaşdırır. Yaşıl rəng isə mənəvi dəyərlərimizə, dini-mədəni irsimizə sadiqliyin nişanəsidir. Bu üç rəngin vəhdəti həm mənəvi, həm də siyasi baxımdan bütövlük yaradır. Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu ilə formalaşan həmin ideya sonrakı dövrlərdə Azərbaycan cəmiyyətinin ideoloji əsaslarından birinə çevrildi. Üçrəngli bayraq keçmişin irsini qoruyur, gələcəyə yönəlmiş müasir dövlətin düşüncə sistemini təcəssüm etdirir.

1990-cı il noyabrın 17-də tarixi dönüş baş verdi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq Naxçıvanın dövlət rəmzi kimi qəbul olundu. Bu qərar həm də gələcək müstəqilliyin siyasi və ideoloji başlanğıcı idi. Həmin addım müstəqillik uğrunda milli ruhun yenidən dirçəlməsinə səbəb oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul etdi və 1991-ci il oktyabrın 18-də qəbul edilən “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə sözügedən qərar hüquqi qüvvə qazandı. Beləliklə, Ümummilli Liderin siyasi iradəsi sayəsində bayrağımız yenidən müstəqil dövlətin, milli qürurun və suverenliyin təntənəsinə çevrildi.

Müstəqil dövlətin ən mühüm dayaqlarından biri vətəndaşların dövlət rəmzlərinə münasibətidir, Konstitusiyanın 75-ci maddəsi bu məsuliyyəti tənzimləyir. Bayraq, gerb və himn həm atribut, həm də xalqın birliyinin, ortaq məqsədlərin və dövlətlə vətəndaş arasındakı mənəvi əlaqələrin təcəssümüdür. 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun bu rəmzin hər bir sahədə tətbiqini, onun qorunması və hörmətlə istifadəsini təmin edən əsas sənəddir. Bu qaydaların mövcudluğu dövlətin atributlarına göstərilən münasibətin tənzimlənmiş və sistemli xarakter daşıdığını sübut edir.

Bakıda ucaldılmış Dövlət Bayrağı Meydanı müstəqilliyimizin möhkəmliyini və milli qürurumuzu əks etdirən unikal memarlıq kompleksidir. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə yaradılan Bayraq Meydanı Azərbaycan xalqının dövlət rəmzlərinə olan sevgi və hörmətinin rəmzi kimi formalaşmışdır. 2010-cu il sentyabrın 1-də təntənəli şəkildə açılışı olan Meydanda dalğalanan bayraq o vaxt “Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdi. Burada inşa edilən Dövlət Bayrağı Muzeyi isə bayrağımızın tarixi, mənəvi və siyasi əhəmiyyətini nümayiş etdirən unikal mərkəzdir. Təmir-bərpa işlərindən sonra - 2024-cü ilin noyabr ayında yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan bu muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur.

44 günlük Vətən müharibəsindən sonra bayrağımızın azad edilmiş torpaqlarda dalğalanması misilsiz tarixi hadisə kimi yadda qalıb. Hər bir ucaldılan bayraq dirəyi bir xalqın qürurunun, mübarizə ruhunun və milli ləyaqətinin təcəssümünə çevrilib. Qələbə, təkcə hərbi sahədə deyil, həm də mənəvi və ideoloji müstəvidə tam bərqərar olub. Prezident İlham Əliyevin azad olunmuş şəhərlərə səfərləri zamanı Dövlət Bayrağının ucaldılması anları xalqın yaddaşına əbədi həkk olunub. Bu anlar strateji məna daşıyır, çünki bayraq artıq işğaldan qurtulmuş, yenidən dirçələn yurdların səmasında ucalır.

Dövlətimizin başçısı qeyd etmişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”. Üçrəngli bayrağımız milli birliyin, müstəqil iradənin və qürurun bariz nümunəsidir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Səttar Möhbalıyev: Üçrəngli Bayrağımız Müstəqil Azərbaycanın Şərəf və Qürur simvoludur

    Səttar Möhbalıyev: Üçrəngli Bayrağımız Müstəqil ...

    6-11-2025, 10:16

  • Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız

    Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan ...

    9-11-2025, 23:56

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Eltun Süleymanov: "Üçrəngli Bayraq azərbaycançılıq məfkurəsinin əbədiyyət rəmzidir"

    Eltun Süleymanov: "Üçrəngli Bayraq ...

    6-11-2025, 11:19



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.