• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Sülh yolunda irəliləyiş: Lakin bu, hələ hər şeyin yekunlaşması demək deyil

  

Sülh yolunda irəliləyiş: Lakin bu, hələ hər şeyin yekunlaşması demək deyil

Tarix : 14-03-2025, 12:23 Kateqoriya :Siyasət

Sülh yolunda irəliləyiş: Lakin bu, hələ hər şeyin yekunlaşması demək deyil

“Ermənistan sülh sazişi mətnində razılaşdırılmayan maddəni - üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasını qəbul edib. Bu, Azərbaycanın əsas tələblərindən biri idi. Paşinyan bildirib ki, “sülh müqaviləsi imzalandıqdan sonra müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk edəcək”.

Ölkə.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, daha öncə İrəvan “müşahidəçilərin sərhədin delimitasiya olunmuş hissələrindən çıxarılması” mövqeyində israr edirdi, lakin sonda Bakının tələbinə uyğun olaraq, Aİ qüvvələrinin ümumi sərhəddən uzaqlaşdırılması ilə razılaşdı:

“İstisna deyil ki, müşahidəçilər sərhəddən uzaq bölgələrdə ofis şəraitində işləyəcəklər, lakin sərhəddə patrul xidməti aparmayacaqlar.

Bu, Azərbaycan-Ermənistan münasibətlərində sülh mərhələsinin başlanması istiqamətində ciddi addımdır, lakin hələ hər şeyin yekunlaşması demək deyil. Əsas məsələ Bakı-İrəvan xəttində problemlərin üçüncü tərəf olmadan, müzakirə masasında həll edilməsi imkanlarının tükənməməsidir”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir

    Paşinyanın "Qərb planı" iflasa uğradı: ...

    8-03-2025, 09:23

  • Ermənistandan nonsens nümunəsi: "Halva" deməklə "ağzını şirin etmək cəhdi"

    Ermənistandan nonsens nümunəsi: "Halva" ...

    14-03-2025, 09:45

  • Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur

    Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent ...

    14-03-2025, 09:00

  • Revanşistlər Bakıya qarşı toplanır - bu gün İrəvanda...

    Revanşistlər Bakıya qarşı toplanır - bu gün ...

    13-03-2025, 09:43

  • Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir

    Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: ...

    13-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.