• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Vardanyan işi üzrə tarixi qərarın məzmunu - Açıqlandı

  

Vardanyan işi üzrə tarixi qərarın məzmunu - Açıqlandı

Tarix : 14-03-2025, 09:53 Kateqoriya :Siyasət

Vardanyan işi üzrə tarixi qərarın məzmunu - Açıqlandı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanla bağlı müraciətə uzunmüddətli baxılma nəticələrinə uyğun olaraq Yekun Rəyini rəsmi olaraq dərc edib.

“Qafqazinfo” xəbər verir ki, BMT İnsan Hüquqları Ali Komissarlığına müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə etdiyi fikirlərə görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu, məhkəməyədək icraat dövründə təqsirsizlik prezumpsiyası və girov müqabilində azad olunmaq, həbsə alternativ tədbirlər seçilməsi hüquqlarının pozulduğu, öz müdafiəsini hazırlamaq  üçün kifayət qədər vaxt və imkan yaradılmaması və digər hüquqlarının pozulmasına dair iddialara baxılmış, nəticə olaraq iddiaların heç birinin öz təsdiqini tapmadığı barədə son qərar olan Yekun Rəy yayımlanıb.

İşçi Qrupu həmin rəyində göstərir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə təqsirləndirilən R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb, barəsində bu əsasların tədqiq edildiyi məhkəmə qərarı ilə həbs seçilib, istintaq zamanı bildiyi dil üzrə tərcüməçi təyin edilmiş, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqları təmin olunub.

Bununla yanaşı, məhkəmə tərəfindən R.Vardanyan barəsində həbs seçilməsi zamanı fərdi yanaşma və araşdırma tətbiq edilmiş və ittiham olunduğu cinayət əməllərinin ağırlıq dərəcəsi, xarakteri və işin faktiki halları əsaslandırılıb.

R.Vardanyanın işi əlaqədar mətbuatda və vəzifəli şəxslərin publik çıxışlarında təqsirsizlik prezumpsiyasının pozulmasına dair iddialarla bağlı Əsassız Həbslər üzrə İşçi Qrupu yekun olaraq bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 27 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında R.Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair “əsaslı şübhələr müəyyən olunduğu”na görə istintaqa cəlb olunması qeyd olunduğundan, məhkəmə hökmünədək təqsirliliyinə dair ifadələr ehtiva etmədiyindən istintaq olunan cinayət işi üzrə təqsirsizlik prezumpsiyası hüququnun pozulması halı müəyyən edilməyib.

Qeyd edilməlidir ki, Azərbaycanın işğal altında olmuş ərazilərində sülh və insanlıq əleyhinə, terrorçuluq və digər cinayət əməllərinə görə hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edən şəxslərdən yalnız Ruben Vardanyanın xarici əlaqə və resursları hesabına onun barəsində müraciət BMT İnsan Hüquqları Ali Komissarlığınadək çıxarılıb.

Lakin Azərbaycan Respublikasında bərqərar olmuş dəqiq hüquq texnologiyalarına əsaslanan hüquq təcrübəsi və beynəlxalq hüquq diplomatiyası qarşısında belə təşkilatlanmış səylər faydasızdır və cinayət məsuliyyəti labüddür.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • XİN: “Ermənistanın bu cəhdi də uğursuzluğa düçar oldu”

    XİN: “Ermənistanın bu cəhdi də uğursuzluğa düçar ...

    14-03-2025, 09:26

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58

  • Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik təhdid altında

    Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik ...

    11-03-2025, 09:21

  • Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir

    Paşinyanın "Qərb planı" iflasa uğradı: ...

    8-03-2025, 09:23

  • Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR İMİŞ - DETALLAR

    Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR ...

    12-03-2025, 09:31



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.