• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Mehi Həsənov: Azərbaycan lideri bildirdi ki, ölkəsi uzun illərdir enerji ixracatında etibarlı tərəfdaş kimi çıxış edir

  

Mehi Həsənov: Azərbaycan lideri bildirdi ki, ölkəsi uzun illərdir enerji ixracatında etibarlı tərəfdaş kimi çıxış edir

Tarix : 12-10-2025, 23:17 Kateqoriya :Siyasət

Elnur müəllim: Azərbaycan lideri bildirdi ki, ölkəsi uzun illərdir enerji ixracatında etibarlı tərəfdaş kimi çıxış edir

Müstəqil Azərbaycanımızın dövlətçilik tarixinə nəzər salsaq tarixən ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara üzv olaraq siyasi arenada öz sözünü demiş, dünyanın taleyüklü məsələlərinin həllində iştirak edərək vacib və sözükeçərli bir dövlət olduğunu sübuta yetirmişdir.Bir çox təşkilatlar kimi ölkəmiz bu günün ən əhəmiyyətli təşkilatlarından biri olan Türk Dövlətləri Təşkilatının təsisçi üzvlərindən biridir, yəni Azərbaycan ilk gündən 3 oktyabr 2009-cu ildə Naxçıvanda imzalanan Naxçıvan sazişi ilə bu təşkilatın qurucu dövləti olub. Türk Dövlətləri Təşkilatı müasir dövrün mühüm siyasi, iqtisadi və mədəni əməkdaşlıq platformalarından biridir. Bu təşkilatın əsas məqsədi türkdilli ölkələr arasında birliyi, qarşılıqlı anlaşmanı və ortaq dəyərləri qorumaqla yanaşı, xalqlar arasında əməkdaşlığın dərinləşdirilməsidir.
Bu təşkilatın yaranması və inkişafı ideyası Ulu öndər Heydər Əliyev tərəfindən hələ, 90-cı illərdə irəli sürülmüş, türkdilli dövlətlərin birliyi konsepsiyası onun uzaqgörən siyasətinin bariz nümunəsi olmuşdur. Ulu öndərin “Biz bir millət, altı dövlətik” fikri bu gün Türk Dövlətləri Təşkilatının əsas şüarına çevrilmişdir.
Müstəqil Azərbaycanın bu təşkilatda rolu və nüfuzu çox böyükdür. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan Türk dünyasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə mühüm mövqeyə malikdir. Xüsusilə 2020-ci il Vətən müharibəsində əldə edilən Qələbə bütün Türk dünyasında böyük qürur hissi yaratmış, türk həmrəyliyini daha da gücləndirmişdir.
Türk Dövlətləri Təşkilatı bu gün qlobal arenada güc mərkəzinə çevrilməkdədir. Ortaq iqtisadi layihələr, nəqliyyat dəhlizləri, mədəni əməkdaşlıq proqramları və ortaq media təşəbbüsləri türk dövlətlərinin birliyini möhkəmləndirir. Xüsusilə Zəngəzur dəhlizinin açılması bu əməkdaşlığın yeni strateji mərhələyə keçməsinə zəmin yaradır.
Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı təkcə ortaq dil və tarix üzərində qurulmuş bir ittifaq deyil, həm də gələcək nəsillər üçün sülh, sabitlik və inkişaf təmin edən bir platformadır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu istiqamət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və türk birliyi ideyası reallığa çevrilir
7 oktyabr 2025-ci il tarixində Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı keçirilmişdir. “Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.”İlham Əliyevin bu bəyanatı Azərbaycanın Türk Dövlətləri Təşkilatı içində lider dövlət rolunu üstələndiyini bir daha nümayiş etdirir. Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı həm diplomatik platforma, həm də bu platforma vasitəsilə bölgədə öz strateji maraqlarını qorumaq üçün bir vasitədir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Eltun Süleymanov:"Naxçıvanda qaldırılan bayraqdan Müstəqillik gününə gedən yol"

    Eltun Süleymanov:"Naxçıvanda qaldırılan ...

    23-05-2025, 20:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (50)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.