• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » İlqar Mehdiyev: Beynəlxalq etimadın növbəti təcəssümü

  

İlqar Mehdiyev: Beynəlxalq etimadın növbəti təcəssümü

Tarix : 30-09-2025, 00:29 Kateqoriya :Siyasət

Sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin tarixi çıxışı həm Azərbaycanın 30 ildən çox davam edən münaqişə dövründə keçdiyi ağır sınaqların, həm də son beş ildə əldə etdiyi qələbə, ədalət və sülh nailiyyətlərinin dünyaya bəyanatı oldu. Dövlət başçısı tribunadan çıxışı zamanı həm tarixi həqiqətləri xatırlatdı, həm də gələcəyə yönəlik strateji baxışını ortaya qoydu.

Prezident bir daha Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti, hərbi cinayətlər və nəticədə bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salınması faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrasız qalması, Ermənistanın cəzasızlıq mühiti sayəsində işğalı davam etdirməsi qlobal ədalətsizlik nümunəsi kimi vurğulandı.


Yaşıl keçidə ciddi şəkildə sadiq qalmaqla yanaşı, qarşımıza real olmayan hədəflər qoymamalıyıq

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, status-kvonu qorumağa yönəlmiş siyasət, nəticədə münaqişənin dondurulması illərlə sülhü ləngitdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsini başladı. Ermənistanın şəhər və kəndlərimizi raketlərlə, kasetli bombalarla hədəfə almasına baxmayaraq, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüz bərpa olundu və 10 noyabr 2020-ci il kapitulyasiya aktı ilə yeni dövr başlandı.

Ədaləti bərpa edən Azərbaycan Zəfərdən dərhal sonra sülhə yönəlik təşəbbüslər irəli sürdü. Prezidentin təklif etdiyi beş baza prinsipi əsasında sülh müqaviləsi layihəsi hazırlanaraq Ermənistan tərəfinə təqdim olundu. Nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə müqavilə paraflandı və tərəflər arasında Birgə Bəyanat imzalandı. Prezident Donald Trampın da şahid qismində sənədə imza atması prosesə beynəlxalq legitimlik verdi. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun ləğv edilməsi barədə Azərbaycan və Ermənistanın birgə müraciəti münaqişənin birdəfəlik arxivləşdirildiyini təsdiqlədi.

Son hadisələrin yeni regional reallıqlar və strateji tərəfdaşlığı gündəmə gətirdiyini deyən Prezident İlham Əliyev çıxışında regional bağlantıları davamlı sülhün əsası kimi təqdim etdi. “Tramp Marşrutu” adlanan beynəlxalq nəqliyyat layihəsi Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regionu yeni əməkdaşlıq xəritəsinə çıxaracaq. Bununla yanaşı, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açan Strateji Tərəfdaşlıq Xartiyası haqqında Anlaşma Memorandumu iki ölkənin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirir.

İqtisadi inkişaf və Böyük Qayıdış da ölkə rəhbərinin diqqət çəkən çıxışlarından oldu. Prezident çıxışında azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini də diqqətə çatdırdı. Ermənistanın işğal zamanı törətdiyi dağıntılar fonunda Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” Proqramı artıq real nəticələr verir – 50 mindən çox vətəndaş doğma yurdlarına qayıdıb. Eyni zamanda, minaların yaratdığı humanitar fəsadlar, dörd minə yaxın itkin azərbaycanlının taleyi beynəlxalq ictimaiyyətin diqqətinə çağırış oldu.

Qlobal təşəbbüslərə diqqət çəkən ölkə rəhbəri qeyd etdi ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi beynəlxalq imicini gücləndirdi. Prezident İlham Əliyev Bakıda qəbul olunmuş “Bakı Maliyyə Hədəfi”ni qlobal iqlim maliyyələşməsində tarixi mərhələ kimi təqdim edərək xatırlatdı ki, Paris Sazişinin 6-cı maddəsinin tam tətbiqi və “İtki və Zərərlərə Cavab Fondu”nun fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal rolunun sübutudur.

Bununla yanaşı, dövlət başçısı enerji təhlükəsizliyinin vacibliyini vurğuladı və Azərbaycanın həm neft-qaz ixracı, həm də bərpaolunan enerji layihələri ilə qlobal enerji təminatında etibarlı tərəfdaş olduğunu qeyd etdi.

Geoiqtisadi mövqelər və strateji tranzit məsələsi də çıxışın əsas məzmunlarından idi. Azərbaycanın tranzit imkanları – Orta Dəhlizdə yükdaşımaların 90% artması, Ələt limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun potensialı və “Rəqəmsal İpək Yolu” layihəsi ölkəmizin regional qovşaq statusunu daha da möhkəmləndirir.

Yekunda sosial-iqtisadi nailiyyətlər və qlobal humanitar missiyadan söz açan Prezident vurğuladı ki, yoxsulluğun və işsizliyin tarixi minimuma enməsi, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq reytinq agentliklərinin yüksək qiymətləndirməsi Azərbaycanın inkişaf yolunun göstəricisidir. Xarici borcun ÜDM-in cəmi 6,5 faizinə bərabər olması, valyuta ehtiyatlarının isə borcdan 16 dəfə çox olması ölkənin maliyyə sabitliyini sübut edir. Azərbaycan, həmçinin qlobal humanitar yardım siyasəti ilə seçilir.  Pandemiya dövründə 80-dən çox ölkəyə dəstək göstərilməsi bu istiqamətdə nümunədir.

İnsani və ekoloji çağırışlar da çıxışın prioritetini təşkil edirdi. Prezident Xəzər dənizinin suyunun sürətlə azalması təhlükəsini beynəlxalq gündəmə gətirərək, bu məsələdə BMT və Xəzəryanı ölkələrin birgə fəaliyyətini vacib saydı.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın son beş ildə keçdiyi qələbə, sülh və inkişaf yolunun qlobal miqyasda təqdimatı oldu. Bu çıxış təkcə Azərbaycanın uğurlarını deyil, həm də beynəlxalq hüququn, ədalətin və qanunun aliliyinin qlobal miqyasda təmin olunmasının vacibliyini nümayiş etdirdi. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq səviyyədə sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın etibarlı tərəfdaşı kimi çıxış edir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı yenidənqurma işləri aparılır

    Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ...

    29-09-2025, 10:34

  • Cahid Qurbanov: Ədalət, sülh və davamlı inkişaf yolu

    Cahid Qurbanov: Ədalət, sülh və davamlı inkişaf ...

    30-09-2025, 00:23

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı

    Ermənistanın həyata keçirdiyi etnik təmizləmə ...

    29-09-2025, 10:24



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (50)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.