• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?

  

Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?

Tarix : 5-05-2025, 10:51 Kateqoriya :Siyasət

Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Sözügedən səfər Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib. 

“Qafqazinfo” məsələ ilə əlaqədar Abşeron RİH ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavabda qeyd edilib ki, Azər Badamovdan başqa, Elman Nəsirov da həmin nümayəndə heyətinin tərkibində olub.

Həmkarından fərqli olaraq, Elman Nəsirovun Rusiyaya girişinə icazə verilib.

Aeroportda saxlanılaraq Bakıya qayıtmalı olan Azər Badamov isə hələ ki heç bir açıqlama verməyib.  

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün açıqlama yayaraq Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğunu bildirib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Moskva vilayətinə PUA hücumu - Ölən və yaralananlar var - Video

    Moskva vilayətinə PUA hücumu - Ölən və ...

    11-03-2025, 10:07

  • Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

    Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında ...

    28-03-2025, 09:50

  • Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

    Badamov deport edildi: Prezident Moskvaya getməyə ...

    5-05-2025, 10:07



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.