• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səhiyyə » Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq

  

Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq

Tarix : 28-04-2025, 16:00 Kateqoriya :Səhiyyə

Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq

"Veyp çəkməyə başlayan insanların ağciyərlərində iltihab (EVALI) simptomları adətən üç ay ərzində inkişaf edir. Bu müddət veypin ağciyərlərdə ilk zərərli dəyişikliklərə səbəb olması üçün minimal hesab olunur. Lakin veypdən istifadə müddəti uzandıqca ağır fəsadlar riski də artır".

"İzvestiya" xəbər verir ki, bu barədə rusiyalı onkoloq Andrey Nefedov danışıb.

Həkimin sözlərinə görə, veyp çəkdikcə ağciyərləri qoruyan və təmizləyən makrofag hüceyrələri bədənə daxil olan toksinləri həddindən artıq toplayır. Bu toksinlər hüceyrələr tərəfindən parçalanmadığından ağciyər toxumasında iltihab yaranır və nəfəs kisəciklərində (alveollar) qaz mübadiləsi pozulur. Nəticədə EVALI inkişaf edir ki, bu da nəfəs darlığı, hərarət, döş qəfəsində ağrı, ürəkbulanma, qusma və güclü yorğunluqla özünü göstərir:

"Əgər vaxtında müalicəyə başlanılsa və veyp istifadəsi dayandırılsa, ağciyərdəki iltihabı aradan qaldırmaq və tənəffüs funksiyasını bərpa etmək mümkündür. Ancaq ağır hallarda EVALI ciddi nəfəs problemlərinə, hətta ölümə səbəb ola bilər".

Həkim əlavə edib ki, yayılan fikirlərin əksinə olaraq, veyp və elektron siqaretlər adi siqaretlərə təhlükəsiz alternativ deyil. Bu cihazlar nikotin və toksik maddələr — E vitamini asetatı, diasetil, formaldehid və asetaldehid kimi zərərli birləşmələr ehtiva edir.

"Bəziləri adi siqaretlərlə yanaşı veyp də çəkir. ABŞ-dəkı Con Hopkins Universitetinin alimlərinin araşdırmasına görə, belə vərdiş hipertoniya (yüksək qan təzyiqi), şəkərli diabet və xroniki obstruktiv ağciyər xəstəliyi (XOAQ) riskini artırır", - deyə o bildirib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Dövlət qurumunda korrupsiyaya görə 39 nəfər məsuliyyətə CƏLB EDİLİB

    Dövlət qurumunda korrupsiyaya görə 39 nəfər ...

    2-04-2025, 11:00

  • Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq

    Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - ...

    12-03-2025, 15:30

  • Köhnə nizam dağılır, yenisi uğrunda savaş gedir – Dünyanın hegemonu kim olacaq?

    Köhnə nizam dağılır, yenisi uğrunda savaş gedir – ...

    7-04-2025, 13:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • “Biz sadəcə Ukraynanı məhv etdik”: Taker Karlsondan qalmaqallı açıqlama

    “Biz sadəcə Ukraynanı məhv etdik”: Taker ...

    11-04-2025, 09:41



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.