• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » İqtisadiyyat » TEMU-ya xəbərdarlıq edildi

  

TEMU-ya xəbərdarlıq edildi

Tarix : 19-05-2025, 10:00 Kateqoriya :İqtisadiyyat

TEMU-ya xəbərdarlıq edildi

Türkiyə bazarında fəaliyyət göstərən xarici e-ticarət platformaları istehlakçıların qorunması məqsədilə bir sıra hüquqi öhdəlikləri yerinə yetirməlidir.

banker.az xəbər verir ki, bu çərçivədə, Çin Xalq Respublikasında yerləşən və 2024-cü ilin iyun ayından etibarən Türkiyədə internet üzərindən satışa başlayan TEMU platformasının rəsmiləri Ticarət Nazirliyinə dəvət olunub.

İclasda Ticarət Nazirliyi tərəfindən TEMU-ya “Bazara Nəzarət və Məsafədən Rabitə Vasitələri ilə Bazara Çıxarılan Məhsullara Nəzarət Qaydası”na uyğun olaraq məhsul təhlükəsizliyi və istehlakçı şikayətlərinə dair məsuliyyətləri bir daha xatırladılıb. Qeyd edilib ki, 1 aprel 2024-cü ildən qüvvəyə minmiş yeni tənzimləməyə əsasən, TEMU platforması qanunvericiliyə uyğun addımlar atmalı və müvafiq öhdəlikləri yerinə yetirməlidir.

Nazirlik, TEMU rəsmilərinə satış elanlarında təqdim olunan məlumatların tamlığı, təhlükəli və uyğun olmayan məhsulların platformadan 24 saat ərzində çıxarılması və məhsul təhlükəsizliyi üzrə əlaqə nöqtəsinin daim aktiv saxlanılmasının vacibliyini vurğulayıb. Eyni zamanda bildirilib ki, Türkiyədə təsərrüfat operatorunun xəbəri olmadan məhsulların bazara çıxarılmasına icazə verilməyəcək.

TEMU rəsmiləri isə tələblərə cavab vermək üçün lazımi infrastruktur işlərinin görüldüyünü, məhsul təhlükəsizliyi və istehlakçı məlumatları ilə bağlı məsuliyyətlərini anladıqlarını və bu sahədə ciddi addımlar atdıqlarını bildiriblər. Onlar həmçinin, Türkiyədə nümayəndəlik açmaq üçün təşəbbüs etdiklərini və ölkəyə daxil olan məhsullara görə məsuliyyət daşımağa hazır olduqlarını qeyd ediblər.

Tənzimləməyə əməl olunmaması halında isə ciddi inzibati sanksiyaların tətbiq ediləcəyi bir daha vurğulanıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar

    Pekində Azərbaycan-Çin sənədləri imzalandı - ...

    23-04-2025, 10:45

  • Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib

    Prezidentdən konfrans iştirakçılarına - Müraciət ...

    28-04-2025, 10:22

  • Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?

    Kirayə mənzillərin satışa çıxarılması əmlak ...

    3-04-2025, 09:56

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.