• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » İqtisadiyyat » Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi

  

Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi

Tarix : 5-05-2025, 10:16 Kateqoriya :İqtisadiyyat

Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi


Son dövrlərdə bir çox vətəndaş bank kreditlərinin ödənişində cüzi gecikməyə görə - bəzən cəmi 1 gün - yüksək faiz və ya cərimələrlə qarşılaşdıqlarını bildirirlər. Hətta bəzi hallarda xəbərdarlıq edilmədən maaş kartlarından vəsait tutulur və ya kart mənfi balansda göstərilir. Bu cür hallar banklarla müştərilər arasında narazılığa və hüquqi sualların yaranmasına səbəb olur.

Bank vətəndaşın razılığı olmadan maaş kartından pul tuta bilərmi? Kredit ödənişlərində gecikmələr nə ilə nəticələnir?

İqtisadçı Əkrəm Həsənov Globalinfo.az-a açıqlamasında deyib ki, istehlak kreditləri üzrə gecikmə illik 5 faizdən və 180 gündən çox hesablana bilməz:

“Bu, Mülki Məcəllədən irəli gəlir. Təbii ki, bir günə görə gecikmə məbləği müəyyənləşdirilə bilər. Paralel olaraq, maaş kartından xəbərdarlıq olmadan tutulmalar da mümkündür. Əgər vətəndaş krediti maaş və pensiya aldığı bankdan götürübsə, müqavilədə müvafiq maddələr qeyd olunur. Yəni ödənişlər vaxtında olmasa, həmin kartlardan pul tutulacaq.

Bir neçə gün əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) sədri ilə görüş zamanı bildirildi ki, insanlara sərbəstlik veriləcək. Yəni vətəndaşlar maaş və pensiya ödənişlərini istənilən bankdan əldə edə, yaxud mövcud bankı dəyişə biləcəklər. Belə olarsa, artıq bank kredit ödənişləri geciksə belə, həmin kartlardan pul tuta bilməyəcək. Tutaq ki, maaşımı “A” bankından alıram və ordan kredit götürmüşəm. Gecikməyə yol versəm, kartımdan tutulacaq. Amma başqa banka müraciət edirəm, iş yerimə də bildirirəm ki, əməkhaqqımı “B” bankına göndər. Beləliklə, bank mənim maaş kartımdan pul tuta bilmir”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər

    Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər ...

    7-04-2025, 16:00

  • Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?

    Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat ...

    2-05-2025, 10:28

  • Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab

    Maaş və təqaüdləri istədiyimiz bankdan ala ...

    2-05-2025, 10:57

  • Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?

    Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət ...

    17-04-2025, 15:30

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.