• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » İdman » “Ağsu Siti Yenidən Meydandadır: Böyük Qayıdış Başladı!”

  

“Ağsu Siti Yenidən Meydandadır: Böyük Qayıdış Başladı!”

Tarix : 28-05-2025, 00:54 Kateqoriya :İdman
 
Əfsanə Geri Döndü, “Ağsu Siti” Futbol Klubu Yenidən Səhnədə! Azərbaycanımızın gözəl bölgələrindən biri olan Ağsu şəhərinin yeganə futbol klubu – “Ağsu Siti” yenidən fəaliyyətə başlayır. Klubun prezidenti Rəmzi Eminli verdiyi müsahibəsində “Ağsu Siti” Futbol Klubunun rəsmi şəkildə bərpa olunduğunu elan edib.
 
Yeni mərhələdə klubun əsas məqsədi uşaq futbolunun inkişafına töhfə verməkdir. Belə ki, 7-14 yaş arası uşaqlar üçün yüksək kateqoriyalı məşqçilərlə ödənişsiz məşqlər təşkil olunacaq. Bu təşəbbüs həm bölgədəki gənc istedadların üzə çıxarılmasına, həm də futbolun kütləviləşməsinə ciddi töhfə verəcək.
 
Klub prezidenti Rəmzi Eminliyə bu nəcib işində uğurlar və daim zirvədə olmağı arzulayırıq. Eyni zamanda, bütün Ağsu ictimaiyyətini öz doğma komandası olan “Ağsu Siti”ni dəstəkləməyə çağırırıq.
 
Rəmzi Eminli bildirib ki, 2025–2026-cı il futbol mövsümündə “Ağsu Siti” Region Liqasından start götürəcək. Məqsəd isə təcrübəli ağsulu futbolçular və gənc istedadlarla birlikdə Premyer Liqaya qədər yüksəlməkdir.
 
Biz də bu yolda “Ağsu Siti” Futbol Klubuna uğurlar arzulayırıq. Əminik ki, bu klub yaxın gələcəkdə həm rayonun, həm də ölkə futbolunun fəxrinə çevriləcək!
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir -Fotolar

    AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir ...

    19-03-2025, 11:03

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ...

    21-03-2025, 17:09

  • 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

    44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ...

    13-05-2025, 09:12

  • Qlobal səhnədə Azərbaycanın uğurlu strateji kursu

    Qlobal səhnədə Azərbaycanın uğurlu strateji kursu ...

    29-04-2025, 11:46



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (34)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.