• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » İdman » Ramazanda necə idman etmək lazımdır?

  

Ramazanda necə idman etmək lazımdır?

Tarix : 12-03-2025, 09:00 Kateqoriya :İdman


Ramazanda necə idman etmək lazımdır?


Ramazanda qidalanma digər günlərdən az olsa da, bu ərəfələrdə idmanla məşğul olanlar az deyil. Bunu edənlər bəzi qaydalara əməl etməlidirlər.

Qafqazinfo xəbər verir ki, oruc tutarkən tez-tez idman etmək qan şəkərinin aşağı düşməsinə, suyun və duzun itirilməsinə səbəb olur.

Orucluykən davamlı idman etmək enerjinizi azalda bilər ki, bu da iş və ya gündəlik həyatınızda məhsuldarlığınızın azalmasına səbəb ola bilər.

Bəs Ramazanda necə idman etmək lazımdır?

- İmsakdan 1-2 saat sonra yürüş etmək, yaxud iftardan sonra məşq etmək məsləhət görülür. Lakin iftardan dərhal sonra yüksək templi qaçış və ya fitness zalında məşq ürək-damar və qan dövranı sistemlərinə mənfi təsir göstərir. Buna görə də, daha yavaş və diqqətli idman etmək lazımdır.

- İftarda həddən artıq yağlı və ağır yeməklər əvəzinə vitaminlərlə zəngin yeməklər qəbul etmək lazımdır. Bu iftardan sonra idmanla məşğul olan zaman insana güc, enerji verir.

-Yüksək qan təzyiqi, şəkərli diabet və ya digər sağlamlıq problemləri olan insanların oruc tutarkən idman etmələri tövsiyə edilmir. Xəstəliyi olanların həkim məsləhəti ilə idmanla məşğul olması çox vacibdir.

- Oruc tutarkən sauna və buxar otağından qətiyyən istifadə etmək olmaz.

- İdman zamanı sərf etmək üçün kifayət qədər enerji olması üçün düzgün qidalar istehlak etmək lazımdır.

- Döyüş və komanda idmanları kimi daimi enerji və əzələ tələb edən idmanlardan çəkinmək lazımdır.

- Yalnız əzələ kütləsini qorumağa yönəlmiş məşq rejiminə uyğun olaraq, iftardan sonra həftədə iki dəfə kardio etmək kifayətdir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO

    Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı ...

    10-03-2025, 09:16

  • Dünyanın bu böyük şəhərləri yavaş-yavaş okeana batır

    Dünyanın bu böyük şəhərləri yavaş-yavaş okeana ...

    12-03-2025, 16:00

  • DYP-dən 8 martla bağlı yol hərəkəti iştirakçılarına müraciət

    DYP-dən 8 martla bağlı yol hərəkəti ...

    7-03-2025, 12:05

  • Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik təhdid altında

    Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik ...

    11-03-2025, 09:21

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.