• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » “28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi

  

“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi

Tarix : 25-04-2025, 12:56 Kateqoriya :Hadisə

“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi

Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfər həbs edilib.

 “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu Azadlıq prospektində - “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.

1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində Əhmədi Sülh və İşıq dinini (AROPL) təbliğ edən şüarlar, eləcə də “Abdullah Haşim zühur edib” kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb.

Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və T.Əliyevlə H.Cavadovu ərazi üzrə 22-ci Polis Şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər.

Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib.

Qeyd edək ki, saxlanılan şəxslər özlərini ABŞ-də yaşayan Abdullah Haşim Aba El-Sadıkın qurucusu olduğu AROPL (Sülh və İşıq dini) dininin mənsubu kimi təqdim edirlər. 1983-ci il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü İkinci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib.

Qeyd edək ki, bir müddət əvvəl AROPL dininə sitayiş edənlər Fəvvarələr Meydanında da aksiya keçirmişdi.

Fotoda: Abdullah Haşim Aba El-Sadık

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Polisə tabe olmayıb özünə xəsarət yetirən “parkovşik” həbs edildi

    Polisə tabe olmayıb özünə xəsarət yetirən ...

    10-04-2025, 11:35

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir

    Arayik Xocalıda törədilən soyqırım cinayətini ...

    24-04-2025, 10:56

  • Əliyəddin Səfərov – Qanunun Aliliyinə Sadiq və Xalqın Təhlükəsizliyinin Qarantı

    Əliyəddin Səfərov – Qanunun Aliliyinə Sadiq və ...

    12-03-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.