• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » Bələdiyyə sədri özünü niyə sakin kimi təqdim edib? - Video

  

Bələdiyyə sədri özünü niyə sakin kimi təqdim edib? - Video

Tarix : 25-04-2025, 11:12 Kateqoriya :Hadisə

Bələdiyyə sədri özünü niyə sakin kimi təqdim edib? - Video

Bakının Qaradağ rayonunda göl qanunsuz şəkildə qumla doldurularaq tikinti işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, AzTV həmin ərazidən süjet hazırlayıb.

Vətəndaşların sözlərinə görə, gölü doldurub üzərində ev tikdikləri üçün indi evlər suyun üstündədir: “Bu, xəstəlikdir. Burada gölü qurudaraq torpaq satırlar. Bizə deyirlər ki, bu, qanunidir. Bələdiyyədən bildirilib ki, gölün üzərində ev tikməyə icazə var”.

Ərazidəki bələdiyyə işçisi isə özünü sakin kimi təqdim edərək orada bəndvurma işləri apardıqlarını söyləyib. Bundan sonra AzTV-nin əməkdaşı Lökbatan bələdiyyəsinə üz tutub. Bildirilib ki, bələdiyyə sədri hazırda ərazidədir. Sədrlə əlaqə saxladıqda isə o, ərazidə olmadığını deyib.

Lökbatan gölünün ətrafında yaşayan sakinlər isə iddia edib ki, burada torpağı, hətta, gölü də satın almaq mümkündür: “Qohumumuz 5-6 il əvvəl göl olan ərazini aldı. 4 sotuna 5 min manat pul vermişdi. Sonra doldurdu və ev tikdi”.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu problemin qarşısı alınıb: “Sözügedən evlər 90-cı illərin əvvəllərində tikilib, sonradan sənədləşdirilib. Son zamanlar göldə heç bir tikintidən söhbət gedə bilməz. Cəhdlər olur, amma bunun qarşısı qətiyyətlə alınır. Bundan sonra da alınacaq. Gölün evlərə yaxın görünməsinə səbəb, gölün səviyyəsinin qalmasıdır”.

Daha ətraflı videomaterialda:

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Yasamaldakı “vandal söküntü”nün detalları  –  Qalib Məmmədovu bu cəza gözləyir

    Yasamaldakı “vandal söküntü”nün detalları – Qalib ...

    28-03-2025, 11:42

  • Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu cəsarət onda haradandır?

    Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu ...

    13-03-2025, 09:48

  • Namizəd İsmayılov: Qaradağ Rayonunun Abadlaşdırılmasında Lider Rəhbərlik

    Namizəd İsmayılov: Qaradağ Rayonunun ...

    4-04-2025, 01:13

  • DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm

    DTX-nin casus proqramlarına görə həbs etdiyi ...

    4-04-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.