• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » İrandan Azərbaycana PUA ilə narkotik keçirən şəxslər saxlanılıb

  

İrandan Azərbaycana PUA ilə narkotik keçirən şəxslər saxlanılıb

Tarix : 14-04-2025, 09:49 Kateqoriya :Hadisə

İrandan Azərbaycana PUA ilə narkotik keçirən şəxslər saxlanılıb

Aprel ayının 8-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran İslam Respublikası istiqamətində geri qayıtması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən verilən xəbərə görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədilə əraziyə gələn Lənkəran rayon sakini – 1988-ci il təvəllüdlü Həsənov Anar Rasim oğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini – 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhyəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədilə gəldiklərini etiraf etdiblər.

Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Sərhədə PUA ilə narkotik atıldı - Video

    Sərhədə PUA ilə narkotik atıldı - Video ...

    24-03-2025, 10:24

  • DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

    DSX: Dövlət sərhədində müşahidə edilən uçuş ...

    31-03-2025, 13:23

  • Xəzərdə balıqçılarda 10 kq narkotik aşkarlanıb - FOTO

    Xəzərdə balıqçılarda 10 kq narkotik aşkarlanıb - ...

    11-03-2025, 13:25

  • Araiklə başının dəstəsi prokurorun suallarını cavablandıracaqlar – TARİXİ MƏHKƏMƏ DAVAM EDİR

    Araiklə başının dəstəsi prokurorun suallarını ...

    11-04-2025, 13:10

  • Astarada PUA ilə narkotik daşıyan daha bir marşrut ifşa edildi

    Astarada PUA ilə narkotik daşıyan daha bir ...

    3-04-2025, 13:14



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.