• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs

  

Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs

Tarix : 20-05-2025, 12:15 Kateqoriya :Hadisə

Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan İqbal Əbilovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. 

Məhkəmə belə qənaətə gəlib ki, müttəhimə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən, İqbal Əbilov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham irəli sürülüb. 

Məlumatlarda deyilirdi ki, Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşaraq, Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanətdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə ittiham olunur.

Barəsində həbs qətimkan tədbirinin seçildiyi məhkəmə prosesində digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

    Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında ...

    28-03-2025, 09:50

  • DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib

    DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə ...

    8-04-2025, 09:30

  • DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm

    DTX-nin casus proqramlarına görə həbs etdiyi ...

    4-04-2025, 10:02

  • Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR

    Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər ...

    5-05-2025, 12:16

  • Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir

    Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi ...

    16-05-2025, 12:38



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.