• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » İş qadını həbs edildi - Zəvvarları aldatma ittihamı

  

İş qadını həbs edildi - Zəvvarları aldatma ittihamı

Tarix : 13-05-2025, 13:16 Kateqoriya :Hadisə

İş qadını həbs edildi - Zəvvarları aldatma ittihamı

Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov məlumat yayıb.

O bildirib ki, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır, 60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.

Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən "Romance Travel" şirkətinin rəhbəri kimi təqdim edib 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

Vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq L.İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR

    Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər ...

    5-05-2025, 12:16

  • Tanınmış həkimə “erməni” dedi, prokurora rüşvət verdiyini söylədi- Qalmaqala görə bu cəza verildi

    Tanınmış həkimə “erməni” dedi, prokurora rüşvət ...

    9-04-2025, 15:30

  • Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti

    Hakimlə prokurorun adından da pul alıbmış - ...

    1-04-2025, 10:03

  • Tanınmış iş adamı Fuad Allahverdiyevlə bağlı şok iddialar

    Tanınmış iş adamı Fuad Allahverdiyevlə bağlı şok ...

    10-03-2025, 13:28



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.