• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » “Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI

  

“Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI

Tarix : 5-05-2025, 11:48 Kateqoriya :Hadisə

Xəbər verdiyimiz kimi, Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib və evə qayıtmayıb.

K. Abdullayevin qızı Aliyyə Abdullayevə Musavat.com-a bildirib ki, sonuncu dəfə dünən axşamçağı atası ilə danışıb:

“Meşəyə bitki yığmağa gedirdi, dedim getmə, dinləmədi. Axşama doğru narahat oldum, zəng etdim. Harada olması ilə bağlı maraqlandım. Dedi ki, bitkiləri yığıb, artıq evə gəlmək üçün yola düşüb. Bir neçə saat gözlədik, gəlmədi. Yenə zəng etdim, bu dəfə telefonuna zəng çatmadı. Çox narahat olduq, axtarışlar başladı və polisə atamın itməsi ilə bağlı xəbər verdik. Sağ-salamat tapılacağına ümid edirik”, -deyə qızı bildirib.

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. Şəhriyar Abdullayev 1987-ci ilin martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Sonradan ailəsi Kəlbəcər rayonunun Məmmədsəfi kəndinə köçüb. O, Vətən müharibəsində Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub. Daşkəsəndəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin 4 və 5 yaşlarında iki qızı yadigar qalıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Şəhid atası meşədə itkin düşdü

    Şəhid atası meşədə itkin düşdü ...

    5-05-2025, 10:00

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR

    Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər ...

    5-05-2025, 12:16

  • Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

    Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola ...

    10-04-2025, 09:22



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.