• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!

  

Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!

Tarix : 11-03-2025, 13:37 Kateqoriya :Hadisə

Sumqayıtda iş elanı: qadınlara intim təklif edilir - Diqqət!

Azərbaycanda “iş elanı” adı altında qadınlara əxlaqsız təkliflər edilir.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Elan saytlarından birində yerləşdirilən “iş” üçün 1500 manat maaş vəd edilib.

Məlumatda 18-50 yaşlı xanımların Sumqayıtda 1 yaşı bitməmiş uşağa baxacağı qeyd edilsə də, elanla maraqlanan şəxslərdən biri həqiqətin başqa olduğunu öyrənib.

Elanı paylaşan və adının Natiq olduğunu deyən şəxs qadından həm uşağa, həm də ona baxmasını istəyib. Yataq otaqlarında kamera olmadığını xüsusi vurğulayan şəxs həmçinin “dayə”dən özünə baxımlı olmasını da tələb edib. 

Qarşılaşdığı vəziyyət qarşısında təəccüblənən qadın iş elanı verən şəxslə yazışmalarını və onun fotosunu paylaşıb.

Sosial şəbəkə istifadəçiləri elan saytlarında bənzər elanların çox olduğunu bildirib. Qeyd edilib ki, fotosu olan şəxs əslində elanı yerləşdirən şəxs olmaya da bilər. Çünki bir çox hallarda bu cür niyyəti olan şəxslərin kimliklərini aşkara çıxarmamaq üçün başqalarının fotolarından istifadə etdiyi bildirilib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Əsəd Qurbanov – Sumqayıt Dövlət Texniki Kollecinin Peşəkar və Təcrübəli Direktor Müavini

    Əsəd Qurbanov – Sumqayıt Dövlət Texniki ...

    8-03-2025, 01:09

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58

  • Qadın gülərsə, bəşəriyyət güləcək

    Qadın gülərsə, bəşəriyyət güləcək ...

    8-03-2025, 09:00

  • Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO

    Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı ...

    10-03-2025, 09:16

  • Əhməd Əhmədzadə – Peşəkar Dövlət Xadimi və Səmərəli İdarəçi

    Əhməd Əhmədzadə – Peşəkar Dövlət Xadimi və ...

    8-03-2025, 01:23



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.