• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir

  

Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir

Tarix : 30-04-2025, 13:32 Kateqoriya :Dünya

Ukraynalı jurnalist Viktoriya Roşçinanın Rusiya tərəfindən qaçırılıb öldürüldükdən sonra ölkəsinə qaytarılan meyitində işgəncə izləri aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu iddia ilə nypost nəşri çıxış edib.

Araşdırmalara görə Roşçinanın beyni, gözləri və qırtlağı çıxarılıb. 27 yaşlı jurnalistin cəsədi 757 ukraynalının qalıqları ilə aparılan dəyişmə zamanı Ukraynaya qaytarılıb və "naməlum kişi" kimi qeydiyyata alınıb.

Ukrayna Baş Prokurorluğunun müharibə cinayətləri idarəsinin rəhbəri Yuri Belousov bildirib ki, meyitdə qabırğa sınığı, cızıqlar, qan sızmaları və elektrik şoklarının izləri müşahidə olunub. Boynundakı göyərti isə boğulma ehtimalını göstərir.

Roşçinanın meyiti çox pis vəziyyətdə olduğu üçün rəsmi ölüm səbəbi hələ müəyyən edilməyib, əlavə ekspertizalar aparılır.

Jurnalistin atası xarici mütəxəssislərin iştirakı ilə daha geniş araşdırma tələb edir.

Qeyd edək ki, Viktoriya Roşçina 2023-cü ilin avqustunda Rusiyanın nəzarətinə keçən Ukrayna ərazilərində yoxa çıxıb. Rusiya onun tutulmasını doqquz ay sonra, 2024-cü ilin mayında təsdiqləyib.

Bildirilir ki, o, əvvəlcə Berdyanskda ukraynalılar üçün ən ağır rejimli koloniyalardan birinə aparılıb, sonra isə Rusiyanın Taqanroq şəhərindəki istintaq təcridxanasında saxlanılıb və Moskvaya aparılarkən həyatını itirib.

Roşçina müxtəlif Ukrayna media qurumlarında çalışıb, 2022-ci ildə isə Beynəlxalq Qadın Media Fondunun "Jurnalistikada Cəsarət" mükafatına layiq görülüb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir

    Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: ...

    13-03-2025, 09:00

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir

    Trampın Putinə yeni "hədiyyə"si dünyanı ...

    21-04-2025, 09:00

  • Avropa Birliyi Kremldən "təhlükəsizlik təminatı" gözləyir: Əvəzində isə Rusiyaya yenə də Ukrayna təklif olunur

    Avropa Birliyi Kremldən "təhlükəsizlik ...

    28-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.