• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA

  

İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA

Tarix : 29-04-2025, 10:03 Kateqoriya :Dünya

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel, jurnalist Fatih Altaylının proqramında mühüm açıqlamalar verib. Özel, prezident seçkiləri ilə bağlı müzakirələrə yeni bir formulla yanaşıb.

 Ajans.az xəbər verir ki, Özgür Özel Ekrem İmamoğlunun məhkəmə prosesi nəticəsində azadlığa buraxılmaması halında, CHP olaraq prezidentliyə Mansur Yavaş namizəd göstərəcəklərini deyib. O əlavə edib ki, seçkilərin qazanılması halında, Türkiyə sürətlə parlament idarəetmə sisteminə keçəcək və Ekrem İmamoğlu baş nazir olacaq.

"Əgər İmamoğlu bu prosesdə hələ də həbsdə olarsa, biz CHP olaraq dayanmayacağıq. Mən avtobusun üstündə olacağam, Mansur Yavaş başqa bir şəhərdə olacaq. Qrup sədr müavinlərimiz və millət vəkillərimiz isə fərqli şəhərlərdə fəaliyyət göstərəcək. Mübarizəyə davam edəcəyik".

Özel daha sonra bu fikirləri əlavə edib:

"Əgər Ekrem İmamoğlu həbsdə qalarsa, biz seçkiləri 70 faiz səslə qazanarıq. Hətta xalq, parlamentdə konstitusiyanı dəyişdirəcək çoxluğu da bizə verər. Bundan sonra sürətlə gücləndirilmiş parlament sisteminə keçid təmin edilər. Sonra isə qərəzsiz bir prezident seçilər. O prezident də xalqın ürəyində yer etmiş bir şəxs olar. Mansur Yavaş prezident olar, sistem parlamentə keçər və Ekrem İmamoğlu baş nazir kimi icra hakimiyyətinin başında yer alar".

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • CHP prezidentliyə namizədinin adını açıqladı

    CHP prezidentliyə namizədinin adını açıqladı ...

    24-03-2025, 10:35

  • CHP İmamoğlunun yerinə onu GƏTİRİR

    CHP İmamoğlunun yerinə onu GƏTİRİR ...

    26-03-2025, 09:36

  • Namizəd İsmayılov – Peşəkar Rəhbər və Fədakar Xidmətçi

    Namizəd İsmayılov – Peşəkar Rəhbər və Fədakar ...

    7-03-2025, 01:31

  • Namizəd İsmayılov: Qaradağ Rayonunun Abadlaşdırılmasında Lider Rəhbərlik

    Namizəd İsmayılov: Qaradağ Rayonunun ...

    4-04-2025, 01:13

  • İmamoğlunun telefonu araşdırıldı - Digər şübhəlilərlə əlaqəsi olub

    İmamoğlunun telefonu araşdırıldı - Digər ...

    31-03-2025, 09:48



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.