• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

  

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Tarix : 26-04-2025, 10:42 Kateqoriya :Dünya

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.

XX əsrin faciəsi adlandırılan bu hadisə əsrin ən böyük texnogen fəlakəti olub.

Qəza 1986-cı il aprelin 26-da baş verib. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədər olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb.

Hadisənin təsirindən, yaratdığı xəstəliklərdən indiyə qədər ölənlərin dəqiq sayı bilinməsə də, ehtimal olunur ki, bu 50-100 min nəfər ola bilər.

Bununla yanaşı Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv çirklənmənin fəsadları ilə üzləşib. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.

Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında SSRİ-də yaşayan digər xalqların nümayəndələri kimi azərbaycanlılar da aktiv iştirak ediblər. İşlərə ümumilikdə 7 min azərbaycanlı cəlb edilib, onlardan 2 mini bu illər ərzində müxtəlif xəstəliklərdən ölüb.

Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

Qeyd edək ki, BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik təhdid altında

    Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik ...

    11-03-2025, 09:21

  • “Global Media Group” və “Baku TV" AZAL-ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlayıb - VİDEO

    “Global Media Group” və “Baku TV" AZAL-ın ...

    1-04-2025, 11:21

  • Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir

    Trampın Putinə yeni "hədiyyə"si dünyanı ...

    21-04-2025, 09:00

  • ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...

    ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə ...

    25-04-2025, 10:18

  • İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək

    İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti ...

    11-04-2025, 10:49



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.