• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Hindistanla Pakistan arasında gərginlik artır

  

Hindistanla Pakistan arasında gərginlik artır

Tarix : 25-04-2025, 09:49 Kateqoriya :Dünya

Hindistanla Pakistan arasında gərginlik artır

Hindistan Silahlı Qüvvələri ölkənin sərhəd məntəqələrinin Pakistan tərəfindən atəşə tutulduğunu bildirib.

“Bu barədə Hindistanın “Press Trust of India” agentliyi və “NDTV” telekanalı yayıb. 

Bildirilib ki, hadisə Cəmmu və Kəşmir yaxınlığında qeydə alınıb, Hindistan hərbçiləri isə atəşə cavab verib. 

Dağıntı və tələfat barədə isə məlumat verilməyib. 

Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.

Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib. 

Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb, sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər

    TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə ...

    24-04-2025, 14:22

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • İran üzərində “qara buludlar” sıxlaşır

    İran üzərində “qara buludlar” sıxlaşır ...

    8-04-2025, 15:30

  • Aprel döyüşlərindən 9 il ötür

    Aprel döyüşlərindən 9 il ötür ...

    2-04-2025, 09:00

  • Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı

    Azərbaycan üçün hansı üstünlüklər olacaq? - ...

    24-04-2025, 09:12



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.