• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...

  

Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...

Tarix : 23-04-2025, 10:55 Kateqoriya :Dünya

Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...

ABŞ administrasiyasının Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Elon Musk may ayında vəzifəsindən çəkilməyə başlayacağını açıqlayıb.

Xarici KİV xəbər verir ki, o bu barədə investorlarla görüşdə danışıb.

Mask hökumətin maliyyə nizamını təmin etmək üçün işlərin böyük ölçüdə tamamlandığını bildirib.

"Yəqin ki, maydan etibarən mənim DOGE-yə (Department of Government Efficiency) ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq" – o deyib.

Bununla belə, Mask vəzifədən tamamilə ayrılmadan əvvəl həftədə bir və ya iki gün “kritik iş”lə məşğul olmağa davam edəcəyini söyləyib. O bu prosesin prezidentin xahiş etdiyi və faydalı olduğu müddətdə davam edəcəyini bildirib.

Maskın DOGE-də səlahiyyət müddəti mayın 30-da başa çatır. Bu, xüsusi dövlət qulluqçusu statusunda 130 günlük xidmət müddətinin qanuni limitinə uyğundur.

Bu açıqlamanın “Tesla”nın mənfəət və gəlirlərində ciddi azalma yaşadığı bir vaxta təsadüf etməsi diqqət çəkib.

Qeyd edək ki, “Tesla” 2025-ci ilin birinci rübündə 19,3 milyard dollar gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azalma deməkdir.

Şirkətin xalis mənfəəti də 71% azalaraq 1,39 milyard dollardan 409 milyon dollara düşüb. Avtomobil tədarükünün 13% azalması “Tesla”nın 2022-ci ildən bəri ən pis rübünü yaşamasına səbəb olub.

Mütəxəssislər deyirlər ki, “Tesla”nın çətinliklərinin əsas səbəblərindən biri Maskın Ağ Evdəki vəzifələridir. Brendin buna görə nüfuzunu itirdiyi bildirilir.

Qeyd edilir ki, vəziyyətin düzəlməsi üçün Mask Ağ Evdəki vəzifəsini tamamilə tərk etməli və CEO olaraq “Tesla”ya qayıtmalıdır.

Mask isə brendlə bağlı mənfi rəyin iqtisadi qeyri-müəyyənlikdən qaynaqlandığını söyləyib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • "Tesla" görünməmiş ziyana uğradı

    "Tesla" görünməmiş ziyana uğradı ...

    5-04-2025, 10:53

  • Ukraynaya görə ciddi qalmaqal: Mask nazirə "balaca adam" deyərək hədələdi

    Ukraynaya görə ciddi qalmaqal: Mask nazirə ...

    10-03-2025, 11:25

  • Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları

    Qlobal iqtisadi böhran riski sovuşdumu - ...

    15-04-2025, 16:00

  • Trampın siyasəti ABŞ-ı, yoxsa dünya iqtisadiyyatını dağıdacaq - Azərbaycan üçün təsirlər...

    Trampın siyasəti ABŞ-ı, yoxsa dünya ...

    8-04-2025, 16:00

  • AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi

    AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən ...

    23-04-2025, 13:18



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.