• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Çindən ABŞ-a böyük zərbə: Bu məhsulların ixracı dayandırıldı

  

Çindən ABŞ-a böyük zərbə: Bu məhsulların ixracı dayandırıldı

Tarix : 14-04-2025, 10:21 Kateqoriya :Dünya

Çindən ABŞ-a böyük zərbə: Bu məhsulların ixracı dayandırıldı

Çin hökuməti qlobal avtomobil, yarımkeçirici və aerokosmik sənayelərdə zəruri olan bəzi nadir torpaq metalları və maqnitlərin ixracını dayandırmaq qərarına gəlib.

Məlumatı New York Times (NYT) yayıb.

Qəzet yazır ki, Çin hökuməti avtomobillərin, dronların və raketlərin yığılması üçün lazım olan maqnit və ağır nadir torpaq metallarının bir çox limanlarından daşınmalarını dayandıraraq yeni ixrac qaydaları sistemi hazırlayır.

NYT-nin məlumatına görə, görülən tədbirlər bəzi şirkətlərin, o cümlədən amerikalı hərbi podratçıların istehsal fəaliyyətinə, Yaponiya və Almaniyaya tədarüklərə ciddi təsir göstərə bilər. Qəzetin qeyd etdiyi kimi, nadir torpaq metalları və maqnitlərinin ixracı Çinin ümumi ixracının kiçik bir hissəsini təşkil edir və buna görə də ölkəyə ciddi iqtisadi ziyan vurmayacaq, lakin bunun ABŞ və digər ölkələr üçün ciddi nəticələri ola bilər.

Qeyd edək ki, ixracı dayandırılan məhsulların istehsalı sahəsində Çin 90 faizə qədər paya malikdir. Onların ixracına nəzarət qərarı aprelin 2-də Donald Tramp Çinə qarşı 34 faizlik yeni tariflər tətbiq etdikdən sonra qəbul edilmişdi. Sonrakı dövrdə münasibətlərin gərginləşməsi Pekinin həmin məhsulların ixracının damamən dayandırmasına səbəb olub. Bu, yalnız ABŞ deyil, həmin məhsulların idxalından asılı olan digər ölkələr, o cümlədən Vyetnam, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və ABŞ-la danışıqlara başlayan digər ölkələrə də böyük zərər vura bilər.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

    ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, ...

    4-04-2025, 09:11

  • Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".

    Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş ...

    17-03-2025, 21:38

  • ABŞ və Çin toqquşması - Ticarət savaşında kim qalib gələcək?

    ABŞ və Çin toqquşması - Ticarət savaşında kim ...

    11-04-2025, 15:30

  • Trampın siyasəti ABŞ-ı, yoxsa dünya iqtisadiyyatını dağıdacaq - Azərbaycan üçün təsirlər...

    Trampın siyasəti ABŞ-ı, yoxsa dünya ...

    8-04-2025, 16:00

  • İlin ən güclü maqnit qasırğası başladı

    İlin ən güclü maqnit qasırğası başladı ...

    24-03-2025, 10:29



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.