• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » İran-Ermənistan təlimində Peyğəmbər qızının adı – bu İslamın təhqiridir!

  

İran-Ermənistan təlimində Peyğəmbər qızının adı – bu İslamın təhqiridir!

Tarix : 14-04-2025, 10:07 Kateqoriya :Dünya

Fatimeyi-Zəhranın adıyla təcavüzkar qövmə haqq qazandırmaq – bu nə müsəlmanlıqdır, nə insanlıq!
İran rejiminin Ermənistanla birgə keçirdiyi hərbi təlimin “Ya Fatimeyi-Zəhra” kod adı ilə təqdim edilməsi İslam dünyasında dərin hiddət doğurub. Musavat.com xəbər verir ki, tanınmış ilahiyyatçı-yazar Turan İrfan bu hadisəyə sərt reaksiya verib və bu təlimi “Peyğəmbər Əhli Beytinin adına açıq təhqir” kimi qiymətləndirib.

Turan İrfanın sözlərinə görə, Xocalıda körpə zəhralara qarşı amansızlıq göstərmiş, müsəlman azərbaycanlılara qarşı soyqırımı törətmiş bir toplumla İslamın ismət simvolunu yanaşı çəkmək dini dəyərlərə qarşı həqarətdir:

“Peyğəmbərin qızı, Həzrət Əlinin həyat yoldaşı olan Fatimeyi-Zəhranın pak adını hərbi-siyasi maraqlara alət etmək, onu Ermənistana dəstək niyyəti ilə istifadə etmək – İslamı və bütün müqəddəsləri təhqir etməkdir.”

İlahiyyatçı bildirir ki, bu addım yalnız İran rejiminin deyil, bütövlükdə fars şüubiyyəsinin ikiüzlü siyasətindən qaynaqlanır: “Bu kod ad göstərir ki, məqsəd dini-siyasi qalxan qurmaqdır. Amma Fatimeyi-Zəhranın ismini Xocalı qatillərinin yanında çəkmək, bu müqəddəs adla onlara dəstək nümayiş etdirmək nə dini, nə insani baxımdan izah oluna bilər.”

Turan İrfan vurğulayıb ki, İslamın ilk ismət simasını – Fatimeyi-Zəhranı qorumaq, onun adını belə təhqirdən çəkinmək hər bir müsəlmanın müqəddəs borcudur:
“Əhli Beyti, xüsusilə də Fatimeyi-Zəhranı müdafiə etmək – yalnız onun şəxsini deyil, İslamın öz mahiyyətini müdafiə etməkdir.”

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • 31 Mart - Azərbaycanlıların Soyqırımı tarixi ən qanlı hadisəsidir

    31 Mart - Azərbaycanlıların Soyqırımı tarixi ən ...

    27-03-2025, 13:50

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58

  • XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

    XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ...

    31-03-2025, 10:21

  • Səttar Möhbalıyev: "Mart soyqırımı qəddarlığına görə bəşər tarixində ən qanlı faciələrdəndir"

    Səttar Möhbalıyev: "Mart soyqırımı ...

    26-03-2025, 11:28

  • İşıqlı əməli ilə fəxarət zirvəsindən dünyamıza şəfəq saçan xanım

    İşıqlı əməli ilə fəxarət zirvəsindən dünyamıza ...

    14-04-2025, 10:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.