• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » “Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı

  

“Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı

Tarix : 10-04-2025, 14:22 Kateqoriya :Dünya

“Virus da, müharibə də bu qədər təsirli olmadı" – Trampın qərarı tarix yazdı

“Donald Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Amma müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır”.

Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, siyasətdə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir:

“Ölümcül virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir. Amma bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.

Tramp öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır. Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur.

Bu hadisə bir daha sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani effekt yarada bilmir. 

Beləliklə, müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində, universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri artıq işləmir. Artıq dünyanın yeni Adam Smitlərə, Devid Rikardolara, Con Millərə, Con Keynslərə və yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Trampın siyasəti ABŞ-ı, yoxsa dünya iqtisadiyyatını dağıdacaq - Azərbaycan üçün təsirlər...

    Trampın siyasəti ABŞ-ı, yoxsa dünya ...

    8-04-2025, 16:00

  • ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

    ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, ...

    4-04-2025, 09:11

  • Trampın devrilməsinə hazırlıq başladı: ABŞ-da iqtisadi çöküş qaçılmaz sayılır

    Trampın devrilməsinə hazırlıq başladı: ABŞ-da ...

    7-04-2025, 09:00

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Azərbaycanın Trampın siyahısına düşməyi ölkəmiz üçün - Nəyi dəyişəcək?

    Azərbaycanın Trampın siyahısına düşməyi ölkəmiz ...

    3-04-2025, 13:18



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.