• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Belarus sərhədində ABŞ hərbçiləri öldürülüb

  

Belarus sərhədində ABŞ hərbçiləri öldürülüb

Tarix : 27-03-2025, 11:55 Kateqoriya :Dünya

Belarus sərhədində ABŞ hərbçiləri öldürülüb

Litvanın Belarus sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı bölgədə təlim zamanı itkin düşən 4 ABŞ əsgəri ölüb.

Bu barədə Polşada rəsmi səfərdə olan NATO baş katibi Mark Rutte məlumat verib.  

“Litvada baş verən hadisədə dörd Amerika əsgəri həlak olub”, - NATO baş katibi Mark Rutte qeyd edib. Lakin o hadisənin təfərrüatlarını bilmədiyini söyləyib.

NATO-dan verilən açıqlamada qeyd olunub ki, 4 amerikalı əsgər avtomobillə Litvanın Belarusla sərhədinə yaxın Pabrade şəhəri yaxınlığındakı ərazidə taktiki təlim keçərkən itkin düşüb. Onların öldürüldüyü bildirilib. 

Axtarışa Litva və müttəfiq ölkələrin hərbi qulluqçuları, həmçinin Litva Hərbi Hava Qüvvələrinin helikopterləri, Dövlət Sərhəd Xidmətinin bölmələri və Yanğından Mühafizə və Xilasetmə İdarəsinin əməkdaşları cəlb olunub. Bir neçə saat sonra batmış zirehli maşın poliqon ərazisinin su hövzəsində aşkar edilib.

"Baltic News Service" (BNS) agentliyi xəbər verir ki, 4 amerikalı hərbçinin ölümündə Rusiya və Belarus xüsusi xidmət orqanları dayana bilər. Bu versiyanın rəsmi təsdiqi yoxdur, lakin məlumat Litva və Amerika mediasında fəal şəkildə yayılır.

Hazırda xarici kəşfiyyat xidmətlərinin mümkün müdaxiləsini dəstəkləyən heç bir sübut təqdim edilməyib. Litva və ABŞ-nin rəsmi strukturlarının nümayəndələri faciənin səbəblərinin araşdırılmasına diqqət yetirərək bu fərziyyələri hələ şərh etməyiblər.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Müşfiq Tarverdiyev – Sumqayıt Maşın Bazarının Uğurlu Rəhbəri və Sosial Dəstəkçi

    Müşfiq Tarverdiyev – Sumqayıt Maşın Bazarının ...

    15-03-2025, 10:34

  • Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı

    Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün ...

    22-03-2025, 10:50

  • İtkin hərbçilərimizin nəşləri tapıldı

    İtkin hərbçilərimizin nəşləri tapıldı ...

    21-03-2025, 17:50

  • Sərhədə PUA ilə narkotik atıldı - Video

    Sərhədə PUA ilə narkotik atıldı - Video ...

    24-03-2025, 10:24



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (40)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.