• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Baş Prokurorluq əməliyyatın təfərrüatını açıqladı

  

Baş Prokurorluq əməliyyatın təfərrüatını açıqladı

Tarix : 19-03-2025, 11:12 Kateqoriya :Dünya

Baş Prokurorluq əməliyyatın təfərrüatını açıqladı

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu saxlanılıb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul Baş Prokurorluğu, Ə.İmamoğlu da daxil olmaqla 105 nəfərə qarşı başladılan genişmiqyaslı istintaqın səbəblərini açıqlayıb.

İmamoğlu da daxil olmaqla 7 nəfərin PKK/KCK terror təşkilatına yardım etdiyi üçün saxlanıldığı bildirilib.

Ə.İmamoğlu da daxil olmaqla bir çox şəxsin iş adamlarını ianə adı altında pul verməyə məcbur etdikləri, həmin biznesmenlərlə birgə hərəkət edərək qanunsuz qazanc əldə etdikləri, həmin şəxslər vasitəsilə alqı-satqı apararaq qazandıqları pulları yuduqları, pulların köçürülməsi və yığılmasında “gizli seyflər” adlandırılan mülki şəxslərdən istifadə etdiklərinə dair şahidlərin bəyanatları, həmçinin Əmlak Müfəttişliyi tərəfindən hazırlanan İBB və onun tabeliyində olan şirkətlər tərəfindən tenderlərdə pozuntular, xidmət satınalmaları və saxta müqavilələrlə bağlı hesabata uyğun olaraq yenidən araşdırma başladılıb.

Həmçinin İstanbulda yaşayan vətəndaşların şəxsi məlumatlarının qeyri-qanuni yolla əldə edilərək təşkilatın davamlılığı üçün istifadə edildiyi bildirilib.

Qeyd edilib ki, cinayət təşkilatının rəhbəri olmaq, cinayət təşkilatına üzv olmaq rüşvət, dələduzluq, şəxsi məlumatlara qeyri-qanuni giriş, tenderə müdaxilə cinayətlərinə görə 100 nəfər barəsində saxlanılma, həbs olunma, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə göstəriş verilib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • KİV: PKK terror təşkilatı qurultay keçirərək özünü buraxacaq

    KİV: PKK terror təşkilatı qurultay keçirərək ...

    10-03-2025, 09:00

  • Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu cəsarət onda haradandır?

    Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu ...

    13-03-2025, 09:48

  • Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalandı

    Suriya hökuməti ilə YPG terror qruplaşması ...

    11-03-2025, 09:11

  • “Krokus”a hücuma göstəriş verən ABŞ-də tutuldu

    “Krokus”a hücuma göstəriş verən ABŞ-də tutuldu ...

    8-03-2025, 10:31

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.