• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » İsrail Qəzzaya hücumları bərpa etdi

  

İsrail Qəzzaya hücumları bərpa etdi

Tarix : 18-03-2025, 09:58 Kateqoriya :Dünya

İsrail Qəzzaya hücumları bərpa etdi

İsrail Qəzza zolağında HƏMAS qruplaşmasının obyektlərinə zərbələri bərpa edib.

“Bu barədə məlumatı İsrailin Müdafiə ordusu yayıb. 

Ordu, həmçinin Qəzza ilə sərhəd yaxınlığında yerləşən İsrail yaşayış məntəqələrində təhsil müəssisələrinin işini müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS ABŞ-nin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Stiv Uitkoff və digər vasitəçilərin bütün təkliflərini rədd edib. 

Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS arasında barışıq qüvvəyə minmişdi. Bu atəşkəs isə çormərhələli idi: birinci mərhələ İsrailin Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasına imkan yaratması, İsrail qoşunlarının sıx məskunlaşan ərazilərdən çıxarılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tuturdu. Birinci mərhələnin müddəti martda başa çatıb.

Bunun ardınca isə İsrail razılaşmanın ikinci hissəsinə keçməyi deyil, birinci mərhələnin müddətinin uzadılmasını tələb edib. HƏMAS isə öz növbəsində bu təklifdən imtina edərək, ilk razılaşmaya riayət etməyi tələb edib. Qruplaşma vurğulayıb ki, İsrail ilk olaraq öz qoşunlarını Qəzza zolağından tamamilə çıxarmalıdır və  tərəflər arasında mübadilə bundan sonra baş tuta bilər. Bununla belə, tərəflər yeni şərtlər üzrəində işlədiyi müddətdə atəşkəs rejimi təqribən 3 həftə uzadılmışdı.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • BMT: Qəzza zolağında ərzaq təminatı kritik həddə çatıb

    BMT: Qəzza zolağında ərzaq təminatı kritik həddə ...

    17-03-2025, 10:25

  • Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür

    Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 ...

    12-03-2025, 10:31

  • Azərbaycanda iş saatları nə vaxt dəyişdiriləcək?

    Azərbaycanda iş saatları nə vaxt dəyişdiriləcək? ...

    17-03-2025, 09:00

  • Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik təhdid altında

    Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik ...

    11-03-2025, 09:21

  • Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN

    Azərbaycan Prezidenti “Euronews” televiziyasına ...

    14-03-2025, 19:03



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.