• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » "BAZARLIQ" BAŞLADI - Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur

  

"BAZARLIQ" BAŞLADI - Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur

Tarix : 14-03-2025, 09:33 Kateqoriya :Dünya

"BAZARLIQ" BAŞLADI - Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur

Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bunu və ya bunu kim alacaq? Bu asan proses deyil", - Amerika lideri təfərrüatlara varmadan dyib.

ABŞ lideri həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO-ya qoşulma mövzusuna toxunub. Tramp vurğulayıb ki, cavabın nə olduğunu hamı bilir və 40 ildir ki, cavabı bilir.

Tramp bildirib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştləri müzakirə olunur. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.

Martın 13-də Rusiya Prezidenti Vladimir Putin də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra Rusiyanın atəşi dayandırmağa hazır olduğunu, lakin bu qərarın uzunmüddətli sülhə gətirib çıxaracağı şərti ilə bəyan edib.

Bundan əlavə, Rusiya lideri vurğulayıb ki, 30 günlük atəşkəs müddətində Ukrayna hakimiyyətinin hərəkətlərinə nəzarət yaratmaq lazımdır, çünki onlar bu vaxtdan ordunun yeni səfərbərliyi və yenidən silahlanması üçün istifadə edə bilərlər.(publika.az)

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir

    Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: ...

    13-03-2025, 09:00

  • Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir

    Paşinyanın "Qərb planı" iflasa uğradı: ...

    8-03-2025, 09:23

  • “Putin atəşkəsə razı olacaq, amma...”

    “Putin atəşkəsə razı olacaq, amma...” ...

    13-03-2025, 09:28

  • NATO-dan AB-yə çağırış: Türkiyə ilə yaxınlaşın!

    NATO-dan AB-yə çağırış: Türkiyə ilə yaxınlaşın! ...

    12-03-2025, 09:16

  • Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu qazanca çevirir

    Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu ...

    11-03-2025, 09:16



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.