• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Daha bir ölkədə TikTok qadağan edildi

  

Daha bir ölkədə TikTok qadağan edildi

Tarix : 7-03-2025, 10:49 Kateqoriya :Dünya

Daha bir ölkədə TikTok qadağan edildi

Daha bir ölkədə TikTok qadağan edilib.

Xarici KİV xəbər verir ki, Albaniya hökuməti Çin sosial şəbəkə platformasını ölkə daxilində bir il müddətinə qadağan edib.

Albaniyanın milli təhsil və idman naziri Ogerta Manastirliu Nazirlər Şurasının iclasından sonra məsələ ilə bağlı mətbuata açıqlama verib.

Manastirliu qeyd edib ki, 2024-cü ilin noyabrından ölkə daxilində müzakirələrə səbəb olan TikTok-un bir il müddətinə müvəqqəti qadağan edilməsi qərarı qəbul edilib. Nazir bildirib ki, qərar ölkədə 65 min valideynlə müzakirələrdən sonra qəbul edilib.

Qadağanın platformanın yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik və yaş standartlarını tətbiq edənə qədər davam edə biləcəyi açıqlanıb.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranda Fan Noli İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib. Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilirdi.

Xatırladaq ki, TikTok Hindistanda təhlükəsizlik, Pakistan və Əfqanıstanda əxlaqi məsələlərə görə qadağan edilib.

ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrində təhlükəsizlik narahatlıqları səbəbilə dövlət məmurlarının rəsmi cihazlarında TikTok-un istifadəsi qadağan olunub.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Əli Əsədov yeni qərar imzaladı

    Əli Əsədov yeni qərar imzaladı ...

    7-03-2025, 10:37

  • Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər

    Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər ...

    7-03-2025, 01:37

  • Aynurə Əyyubova – Gənc Nəsillərin İnkişafına Həsr Olunmuş Fədakar Təhsil Xadimi

    Aynurə Əyyubova – Gənc Nəsillərin İnkişafına Həsr ...

    7-03-2025, 01:33

  • Suriyanın bir neçə şəhərlərində komendant saatı tətbiq edilib

    Suriyanın bir neçə şəhərlərində komendant saatı ...

    7-03-2025, 10:44

  • "YouTube" bu saytların reklamını qadağan edir - QAYDA

    "YouTube" bu saytların reklamını ...

    7-03-2025, 09:41



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.