• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır

  

Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır

Tarix : 16-05-2025, 10:50 Kateqoriya :Dünya

Keçmiş Federal Təhqiqat Bürosu (FBI - FTB) rəhbəri Ceyms Kominin paylaşımı ABŞ-də rezonans doğurub.

Onun instaqram profilində rəqəmlərlə bağlı post yerləşdirməsi, Prezident Donald Trampa təhdid mesajı kimi yozulub.

Belə ki, C.Komi dəniz sahilində olan daşlarla "8647" yazılmasını əks etdirən fotonu və "Sahildə gəzərkən balıqqulaqlarının qeyri-adi formalaşması ilə qarşılaşdım" qeydini paylaşıb.

“86” rəqəmi bəzən qətlə çağırış kimi şərh edilir, “47” isə Trampı ABŞ-nin 47-ci prezidenti kimi göstərə bilər.

Məxfi Xidmət araşdırmaya başlayıb.

"Prezident Tramp hazırda Yaxın Şərqə beynəlxalq səfərdə olarkən, keçmiş FTB direktoru açıq-aydın ABŞ-nin vəzifədə olan prezidentinə "hücum" kimi təfsir oluna biləcək bir şeyi açıqladı - qumda qoyulmuş mesaj", - Ağ Ev Aparat rəhbərinin müavini Taylor Budoviç yazıb.

Kiçik Donald Tramp bildirib: "Sadəcə Ceyms Komi təsadüfən atamın öldürülməsinə çağırış edir."

Daxili Təhlükəsizlik katibi Kristi Noem əlavə etdi: “Keçmiş FTB direktoru Ceyms Komi indicə prezidentin öldürülməsinə çağırış edib".

Bununla bağlı nüfuzlu şəxslərin paylaşımları olub.

Komi isə daha sonra bu paylaşımı silib və belə izah edib: “Mənim şəklimin zorakılığa çağırış kimi qəbul ediləcəyi heç ağlıma da gəlməzdi”.

Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

    Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında ...

    28-03-2025, 09:50

  • Trampı ölümlə hədələyən şəxs həbs edildi

    Trampı ölümlə hədələyən şəxs həbs edildi ...

    12-04-2025, 10:20

  • Putin müharibəni buna görə dayandırmır - sensasion gəlişmə

    Putin müharibəni buna görə dayandırmır - ...

    8-04-2025, 11:01

  • Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR

    Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər ...

    5-05-2025, 12:16

  • Almaniya Azərbaycandan üzr istədi

    Almaniya Azərbaycandan üzr istədi ...

    1-04-2025, 09:29



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.