• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

  

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Tarix : 8-05-2025, 11:11 Kateqoriya :Dünya

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən Milli Silahlı Qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır.

Axar.az xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı deyib.

“Ötən gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş təyyarəni, o cümlədən üç “Rafale” qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi”, - Şərif bildirib.

Şərif əlavə edib ki, Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi:

“Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu onların gecələr rahat yatmasına imkan vermir. Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri – Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib. Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi”.

Şərifin sözlərinə görə, Pakistan xalqı bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki Silahlı Qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ

    Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 ...

    28-04-2025, 10:47

  • Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür

    Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə ...

    7-05-2025, 12:12

  • Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı

    Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan ...

    7-05-2025, 09:44

  • Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV

    Pakistan qoşunların döyüş hazırlığını gücləndirib ...

    30-04-2025, 12:19

  • Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qurur

    Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı ...

    14-04-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.