• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

  

Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Tarix : 8-05-2025, 09:43 Kateqoriya :Dünya

Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz qalib gəlib. Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.O, ilk cəhddə 310 səs toplamışdı. Əslində bu, gözlənilən idi. F.Merz kanslerliyə əsas namizəd idi. O, keçmiş hakimiyyəti sərt tənqid edirdi. F.Merz hələ namizədlik dövründə demişdi ki, əgər hakimiyyətə gəlsə iqtisadi və miqrasiya siyasətində əsaslı dəyişikliklər edəcək. Onun nə qədər uğurlu olub -olmayacağını zaman göstərəcək.

Bəs onun seçilməsi digər ölkələrə necə təsir edəcək?

 Milli.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi ekspert Kənan Novruzov açıqlama verib:

"Yeni kanslerin işi heç də asan olmayacaq. Çünki Almaniya daxilində köklü problemlər var. Onların yaxın gələcək üçün birdəfəlik həlli demək olar mümkün deyil.

İkinci bir tərəfdən isə ölkənin xarici siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilmir. Bəzi regional məsələlərlə bağlı epizodik redaktələr edilə bilər. Amma bu dəyişikliklər ciddi nəticə ilə yadda qalmayacaq.

Məsələ burasındadır ki, bu gün dünyada çox ciddi geosiyasi proseslər gedir. Dünya nizamı yenidən formalaşır. Belə bir vəziyyətdə dünya dövlətlərinin ənənəvi siyasətlərindən imtina edib, ani manevr etmələri mövcud xaosu daha da dərinləşdirə bilmir. Odur ki, rəsmi Berlin buna getməyəcək. Və Avropanın güclü aktorlarından biri kimi ənənəvi siyasətini davam etdirəcək. Ümumiyyətlə, Almaniyanın xarici siyasətində ciddi dəyişiklik olmayacaq. Bu, Cənubi Qafqaz regionu ilə bağlı da belə olacaq".

O, qeyd edib ki, F.Merz təcrübəli siyasətçi olsa da, heç vaxt fərqlənməyib. Onun diqqət göstərdiyi əsas sahələrdən biri miqrasiya, o cümlədən qanunsuz miqrasiyaya qarşı mübarizədir. Bu məsələ Almaniyanın yeni iqtidarı dövründə, yəqin ki, prioritet olacaq. Dünya dövlətləri ilə münasibət isə aşağı-yuxarı olduğu kimi davam edəcək.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları

    Qlobal iqtisadi böhran riski sovuşdumu - ...

    15-04-2025, 16:00

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?

    Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın ...

    28-04-2025, 11:00

  • Almaniya hökuməti rəsmən istefa verdi

    Almaniya hökuməti rəsmən istefa verdi ...

    26-03-2025, 09:24

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.