• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı

  

Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı

Tarix : 7-05-2025, 10:02 Kateqoriya :Dünya

Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı

Qrenlandiyanın gələcəyi ilə bağlı istənilən qərarları onun xalqı qəbul etməlidir.

Bunu Avropa Parlamentində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.

“Dünya nizamını qorumanın yeganə yolu suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə tam hörmətlə yanaşmaqdır. Məhz buna görə Aİ Danimarka və Qrenlandiyanı tam dəstəkləyir və hər iki tərəflə mövqelərini uzlaşdırır”, – Aİ-nin baş diplomatı bildirib.

O, Qrenlandiyanın muxtar ərazi statusuna əsaslanan Aİ-Qrenlandiya münasibətlərinin qədim tarixə malik olduğunu xatırladıb.

“Əslində, Qrenlandiya ilə əməkdaşlıq Aİ-nin beynəlxalq tərəfdaşları arasında ən yüksək səviyyədədir – hökumət büdcəsinin təxminən 4 %-i. Aİ bu qarşılıqlı faydalı və dəyərlərə əsaslanan tərəfdaşlığa investisiya yatırmağa davam edəcək”, – Kallas əlavə edib.

O vurğulayıb ki, Qrenlandiya Arktikada Aİ-nin geostrateji prioritetləri baxımından getdikcə daha əhəmiyyətli olur. Onun sözlərinə görə, qlobal təhlükəsizlik dinamikasının dəyişməsi fonunda Arktikada hərbi fəaliyyətə diqqət artıb.

“Birbaşa hərbi təhdid olmasa da, ikili məqsədli fəaliyyətlər, iqtisadi təhlükəsizlik problemləri və sualtı kabellərə qarşı diversiyalar kontekstində ayıq olmaq son dərəcə vacibdir. Təhlükəsizliklə bağlı istənilən məsələ ciddiyə alınmalıdır”, – Aİ-nin baş diplomatı qeyd edib. 

Kallas əlavə edib ki, Aİ-nin məqsədi regionda sabitliyi qorumaq və sülhə əsaslanan əməkdaşlığa töhfə verməkdir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Eltun Süleymanov: "Qlobal sabitliyə gedən yol və Çin-Azərbaycan əməkdaşlığının siyasi dəyəri"

    Eltun Süleymanov: "Qlobal sabitliyə gedən ...

    22-04-2025, 15:40

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Köhnə nizam dağılır, yenisi uğrunda savaş gedir – Dünyanın hegemonu kim olacaq?

    Köhnə nizam dağılır, yenisi uğrunda savaş gedir – ...

    7-04-2025, 13:06



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (60)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.