• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA

  

Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA

Tarix : 18-04-2025, 10:45 Kateqoriya :Cəmiyyət

Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA

Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfər olub. Bu ayın sonuna qədər qeydiyyat uzadılıb.

Təxminən mayın 20-dən azərbaycanlı zəvvarlar Həcc ibadətlərini yerinə yetirmək üçün Məkkəyə yola düşəcəklər. Qafqaz Müsəlmanları İdarəsi bu il bir zəvvarı 5950 ABŞ dollarına Həccə aparacaq.

Qeyd edək ki, bir sıra vətəndaşlarımız Türkiyə və Gürcüstandakı şirkətlərdən daha ucuz qiymətə bilet alaraq,  onların xətti ilə ziyarətə getməyə hazırlaşırlar. Bu ölkələrdə 1700-2000 ABŞ dolları ilə Həccə getmək mümkündür.

Maraqlıdır, Həccə getməyin xərci niyə bizdə yuxarı, qonşu ölkələrdə isə aşağıdır?

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Modern.az-a bildirib ki, hazırda təxminən 5% kvota qalıb:
"Kvotanı inşallah yaxın vaxtlarda rəqəmlə açıqlayacağıq. Amma yerlər artıq az qalır. Təqribən 5% kvota qalıb".

V.Cahangiri qonşu ölkələrdəki şirkətlərlə razılaşıb Həccə gedənlər barədə bunları deyib:

"Qafqaz Müsəlmanları İdarəsinin buna görə hər hansı bir tədbir görməsinə ehtiyac yoxdur. Vətəndaş özü istədiyi şəkildə Həcc ziyarətinə getməkdə sərbəstdir. Amma ucuz qiymətə aldanıb gedirlər. İndi kimsə ucuz qiymətə Həccə gedirsə, deməli, onlar hansısa xidmətlərdən məhrum qalır. Onlara daha az xidmətlər göstərilir. Biz bunun şahidi oluruq.  Burada ucuz qiymətə aldanıb gedirlər, daha sonra orada peşman olurlar".

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Dövlət qurumunda korrupsiyaya görə 39 nəfər məsuliyyətə CƏLB EDİLİB

    Dövlət qurumunda korrupsiyaya görə 39 nəfər ...

    2-04-2025, 11:00

  • İran üzərində “qara buludlar” sıxlaşır

    İran üzərində “qara buludlar” sıxlaşır ...

    8-04-2025, 15:30

  • Kursantların vəzifələri müəyyənləşir - Siyahı

    Kursantların vəzifələri müəyyənləşir - Siyahı ...

    4-04-2025, 11:49

  • Ərdoğan-Tramp gizli anlaşmasının önəmli detalları: Türkiyə və ABŞ yeni dünya düzənini qurur

    Ərdoğan-Tramp gizli anlaşmasının önəmli ...

    24-03-2025, 09:00

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın nüfuz coğrfiyasının davamlı olaraq genişlənməsinə səbəb olub”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    17-04-2025, 09:15



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.