• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq

  

Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq

Tarix : 14-04-2025, 13:22 Kateqoriya :Cəmiyyət

Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq


Son zamanlar mediada və sosial şəbəkələrdə həkimlərin canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Bildirilib ki, səhiyyə nazirinin “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” Əmrinə əsasən, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir. 

“Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.

Yuxarıda qeyd olunan fəaliyyət, “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz (300) manatdan beş yüz (500) manatadək məbləğdə, hüquqi şəxslər min (1000) manatdan iki min (2000) manatadək məbləğdə cərimə edilir”, - məlumatda vurğulanıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".

    Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş ...

    17-03-2025, 21:38

  • Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu cəsarət onda haradandır?

    Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu ...

    13-03-2025, 09:48

  • Həkim üzgərmə əməliyyatında canlı yayım açdı - Araşdırma BAŞLADI

    Həkim üzgərmə əməliyyatında canlı yayım açdı - ...

    2-04-2025, 09:49

  • Asəf Həkim – Şəfalı Əllərin Sahibi, Xeyirxah Qəlbli Həkim

    Asəf Həkim – Şəfalı Əllərin Sahibi, Xeyirxah ...

    12-03-2025, 12:09

  • Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

    Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında ...

    28-03-2025, 09:50



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.