• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Komanda rəisi də ola biləcəklər

  

Komanda rəisi də ola biləcəklər

Tarix : 4-04-2025, 11:24 Kateqoriya :Cəmiyyət

Komanda rəisi də ola biləcəklər

Komanda rəisi təyin olunan hərbi qulluqçuların siyahısı genişləndirilir.

“Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, alay (briqada) komandirinin müavinindən başlayaraq, aşağı vəzifəli zabitlər rəis sifəti ilə bölmələr, yaxud komandalarla birlikdə ezamiyyətdə olduqları vaxt, həmçinin hissə komandirinin əmri ilə öz hissələrinin yerləşdiyi ərazidən kənarda müstəqil məsələ həll edərkən, tutduqları vəzifədən bir pillə yuxarı müvafiq vəzifənin intizam səlahiyyətindən istifadə edirlər.

Yuxarıda adları çəkilən hallar üçün komanda rəisləri təyin edilmiş hərbi qulluqçuların siyahısına kursantlar da əlavə edilib.

Bununla yanaşı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına bu Nizamnamənin 22-ci maddəsində (“v”, “e”, “ə” və “i” bəndləri istisna olmaqla) nəzərdə tutulan həvəsləndirmələr tətbiq ediləcək.  

Qeyd edək ki, 22-ci maddəyə əsasən, əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:

a) təşəkkür elan etmək;

b) əvvəl verilmiş intizam cəzasını götürmək;

v) müddətli xidmət əsgərləri, matrosları və çavuşlarını hissə komandirinin müəyyən etdiyi gündə və saatda bir dəfə növbədənkənar hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə buraxmaq;

q) fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;

ğ) hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;

d) hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;

e) baş əsgər (baş matros) hərbi rütbəsi vermək;

ə) müddətindən artıq xidmət çavuşlarına ştat üzrə tutduqları vəzifə üçün müəyyən edilmiş rütbədən bir pillə yuxarı rütbə vermək;

c) əlaçı döş nişanı ilə mükafatlandırmaq;

z) əsgərlərin, matrosların və çavuşların adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq;

i) müddətli xidmət əsgərlərinə, matroslarına və çavuşlarına məzuniyyət yerinə gedib-qayıtma vaxtı nəzərə alınmadan 10 sutkayadək qısamüddətli məzuniyyət vermək.

Həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara bu Nizamnamənin 22-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək hüququna malikdirlər.

Qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan 28.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Qeyd olunanlara əsasən layihənin müxtəlif maddələrində müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normaların kursantlara münasibətdə də tətbiq edilməsi nəzərdə tutulur. Buna görə də layihənin müxtəlif maddələrində nəzərdə tutulmuş “əsgər” ifadəsindən sonra “kursant” ifadəsinin əlavə edilməsi təklif edilir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Kursantların vəzifələri müəyyənləşir - Siyahı

    Kursantların vəzifələri müəyyənləşir - Siyahı ...

    4-04-2025, 11:49

  • Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında

    Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında ...

    28-03-2025, 09:50

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58

  • İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaq

    İlkin hərbi qeydiyyata alınmaqdan boyun ...

    7-03-2025, 13:23

  • Əsəd Qurbanov – Sumqayıt Dövlət Texniki Kollecinin Peşəkar və Təcrübəli Direktor Müavini

    Əsəd Qurbanov – Sumqayıt Dövlət Texniki ...

    8-03-2025, 01:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.